Niderland ildə 40 milyard, Almaniya isə 90 milyard kub metr qaz istehlak edir, Almaniyanın qaza tələbatının 40 faizi Rusiyanın hesabına ödənilir"
"Almaniya 2024-cü ilin ortalarınadək Rusiya qazından tamamilə imtina edə bilər"
Rusiya qazından asılılığı azaltmaq üçün Almaniya və Niderland Şimal dənizində birgə qaz hasil etmək barədə razılığa gəlib.
Mediainfo.az xəbər verir ki, bu barədə Britaniyanın "Daily Express" nəşri məlumat yayıb.
Rusiyanın Ukraynaya genişmiqyaslı müharibəsi səbəbindən nəzarətedici orqanlar Avropanın qaz layihələrinin gerçəkləşməsinə icazə vermək barədə qərar qəbul edib.
"Putinə kələk gəlinib: Avropa İttifaqının iki ölkəsi Kremlin Avropada hakimliyini zəiflətmək məqsədilə sövdələşmə imzalayıb, - qəzet yazıb. - Baxmayaraq ki, Avropa İttifaqı Putinin sərt müharibəsi fonunda sanksiyalar paketinə qaz embarqosunu daxil etməyib, amma, heç şübhəsiz o, Rusiyadan enerji resurslarının tədarükündən asılılığı azaltmağın üsullarınl axtarır".
Nəşr göstərib ki, bir il əvvəl Almaniyada yerli hakimiyyət yatağın işlənib hazırlanmasına razılıq verməkdən imtina edib, lakin Rusiyanın Ukraynadakı müharibəsi onları öz nöqteyi-nəzərini dəyişməyə sövq edib.
Bu, Rusiyanın qaz nəhəngi olan "Qazprom"un 31 mayda Niderlanda ölkənin qaz treyderi Gas Terra-nın qaz üçün Kremlə rublla ödəniş etməkdən imtina etdiyinə görə qaz verilməsinin kəsilməsi barədə bəyanatından sonra baş verib.
Qazma platforması Sxirmonnikkoqdan və Borkumdan şimala, təxminən 19 km aralıda yerləşəcək. Qazın quru sahəyə daşınması üçün qaz kəməri çəkiləcək, platformanın enerji təchizatı üçün Almaniyanın ən yaxın külək enerji stansiyasından kabel çəkiləcək.
Hər iki adanın merləri, onların fikrinə, görə ətraf mühitə zərər vuracaq layihənin əleyhinə çıxış edib. Lakin Nuderland hökumətinin sifarişi ilə aparılan araşdırmalar onu göstərib ki, həm quyuların qazılması, həm də qaz hasilatı prosesində zərər minimal olacaq.
Niderland hökuməti məlumat verib ki, platforma yerli layihədən aralıda yerləşəcək, hasilat zamanı çıxan su isə filtrasiya ediləcək.
Qeyd edilir ki, Niderland ildə 40 milyard, Almaniya isə 90 milyard kub metr qaz istehlak edir. Bu zaman Almaniyanın tələbatının 40 faizi Moskvanın tədarükü hesabına ödənilir.
Baxmayaraq ki, bu ölkə əvvəlcə Rusiyadan tədarükün dərhal kəsilməsi barədə razılıq verməyib, Almaniyanın vitse-kansleri Robert Habek bəyan edib ki, Almaniya hökuməti 2024-cü ilin ortalarınadək, yəni Avrpopa İttifaqının planlaşdırdığından üç il tez müddətdə Rusiya qazından tamamilə imtina edə bilər.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































