Ukrayna ilə savaşan Putin Ərdoğanın Suriyadakı "xüsusi əməliyyat"ından qəzəblənib...

Ukrayna ilə savaşan Putin Ərdoğanın Suriyadakı "xüsusi əməliyyat"ından qəzəblənib...

Ərdoğanın "xüsusi əməliyyat"ına cavab olaraq Rusiya Suriyanın şimalına, Türkiyə sərhəddinə aviasiya göndərir

Son günlər Rusiya ordusu özünün Suriyanın şimalında, Türkiyə qüvvələrinin hücumu gözlənilən rayonda öz qüvvələrini gücləndirir.

Mediainfo.az xəbər verir ki, bu barədə iyunun 4-də təhlükəsizlik məsələlərində ixtisaslaşan "Debka" saytı məlumat yayıb.

Saytın məlumatına görə, Rusiyanın Hərbi-Hava Qüvvələri Su-34 qırıcı təyyarələrini və K-52 helokopterlərini Latakiya şəhərinin yaxınlığındakı Xmeymim aviabazasından Suriyanın şimal-şərqindəki Əl-Qamışlı hava limanına göndərib.

Hava limanı və Əl-Qamışlnın özü Suriya-Türkiyə sərhəddinin bilavasitə yaxınlığında yerləşir.

Suriya ordusu da həmçinin son günlər ölkənin şimalındakı Hələb şəhərinə Türkiyə prezidentinin kürd yaraqlılarına qarşı "xüsusi əməlyyat"ına cavab olaraq əlavə qüvvələr göndərib.

Suriya Hələbə o cümlədən "Qrad" raket qurğuları, T-72 tankları və artilleriya batareyası göndərib.

Suriya qüvvələri Türkliyə sərhədlərinə yaxın yerləşən Əl-Bab və Mari şəhərləri yaxınlığında toplanıb.

Xatırladaq ki, iyun ayının 1-də Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə Suriyanın şimalında yeni "antiterror əməliyyatı" başlayır.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az