Ukrayna ordusu yaxın vaxtlarda silahlar alacaq və intensiv əks-hücuma başlayacaq.
Mediainfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.
"Nə vaxt kifayət qədər silah alacağıq? Yaxın vaxtlarda. Bizim tərəfdən daha intensiv əks-hücum başlayan kimi bunu görəcəksiniz. Bu gün bizim də ayrıca əks-hücumlarımız var. Amma ehtiyacımız olan hər şeyi əldə edən kimi gücləndiriləcək. Və silahlı qüvvələr nəhayət Rusiya Federasiyasına “ikinci ordunun” planetin başqa coğrafi nöqtəsində yerləşdiyini sübut edə biləcək”, - o deyib.
Podolyak vurğulayıb ki, Ukrayna artıq tərəfdaşlarından silah almağa başlayıb.
"Ancaq bu zaman məsələsidir. İnsan ölümlərinin sayını azaltmaq üçün hər şeyi bir ay əvvəl əldə etmək istərdik. Avropa qərarları istədiyimizdən daha gec qəbul edir", - o deyib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qoşunlarının ölkə ərazisinin təxminən 20%-ni işğal etdiyini deyib. O bildirib ki, 2 603 yaşayış məntəqəsi azad olunmalıdır.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































