Təşvişə düşən Xankəndi separatçıları Avropa İttifaqına qarşı

Təşvişə düşən Xankəndi separatçıları Avropa İttifaqına qarşı

“Avropa İttifaqı Qarabağ münaqişəsinin nizamlanmasında iştirak etməməlidir”.

Mediainfo.az xəbər verir ki, bunu Xankəndindəki separatçıların “dövlət naziri” Artak Beqlaryan “RİA Novosti”yə müsahibəsində deyib.

“Minsk Qrupunun həmsədrliyinin formatını və Rusiya sülhməramlı missiyasının effektiv rolunu nəzərə alaraq, hesab edirik ki, Qarabağ münaqişəsinin həlli məsələsi Avropa İttifaqı üçün danışıqların predmeti olmamalıdır”, - Beqlaryan bildirib.

O vurğulayıb ki, dialoq zəruridir: "Lakin o, “Rusiyanın Qərblə hazırkı çətin münasibətlərinin bir hissəsinə” çevrilməməlidir. Problemin həlli üçün artıq münaqişənin həllinə cavabdeh olan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin beynəlxalq səviyyədə tanınmış formatı mövcuddur.

Qeyd edək ki, Xankəndindəki separatçılar Avropa İttifaqı şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə aparılan Ermənistan-Azərbaycan danışıqlarından kənarda qalıb. Avropa İttifaqı rəhbərliyi Qarabağdakı ermənilərə faktiki olaraq Azərbaycan vətəndaşları kimi yanaşma sərgiləyib. Bu fakt Qarabağ ermənilərinin 2-3 faizini təşkil edən separatçıların ciddi narahatlığı və narazılığı ilə müşahidə olunub. İndi separatçıların Avropa İttifaqına qarşı çıxması təsadüfi sayıla bilməz.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az