Ukrayna silahlı qüvvələri Rusiya hərbçilərini Severodonetskdə tələyə salıb. İndi də əks hücuma keçirlər.
Mediainfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç Facebook-da məlumat verib.
"Biz rus qoşunlarını Severodonetskdə tələyə sürüklədik, guya şəhəri "təslim" etmişik. İndi rus komandanlığı şokdadır. Onlar artıq Severodonetskinin ələ keçirilməsi barədə məlumat veriblər. Amma qəfil hücum rus "yoldaşları" çox pis yerdə yaxalayıb".
Onun sözlərinə görə, şəhərdə şiddətli döyüşlər gedir və Rusiya komandanlığı bütün qüvvələrini Severodonetskin saxlanmasına yönəldir.
"Bizimkilər doğrudan da, atəş üstünlüyünə baxmayaraq, düşməni şir kimi parçalayır. Rus qoşunlarından ilk əsirlər var. Amma əsir düşmək bütün rus əsgərlərə qismət olmur", - Aretoviç əlavə edib.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































