"Rusiya ordusu Ukrayna səmasında indiyədək heç bir üstünlük qazana bilməyib"
"Rusiya ordusunda yerlərdə çevik və müstəqil qərarlar qəbul edəcək kiçik zabit heyəti yoxdur"
"Rusiya ordusu sovet ordusu ruhunda hərəkət edir, yuxarı komandanlığın direktivləri müzakirə edilmir"
Aprel ayında Rusiyanın Ukraynadakı qoşunlarının komandanı təyin edilən general Aleksandr Dvornikov artıq iki həftədir ki, görünməz olub.
Mediainfo.az xəbər verir ki, bu barədə uyun ayının 1- də "The New York Times" nəşri məlumat yayıb.
Jurnalistlər güman edir ki, mümkündür ki, o, artıq Rusiyanın Ukraynya hərbi müdaxiləsinə rəhbərlik etmir.
Dvornikovun Ukraynada işğalçı qoşunlara komandan təyin edilməsi bir çoxları tərəfindən Rusiyanın ilkin hərbi planının iflasa uğraması kimi dəyərləndirilib.
Amerikanın rəsmi şəxslərinin sözlərinə görə, general Dvornikov pərakəndə hava və yerüstü bölmələrə öz hücumlarını koordinasiya etməyi məcbur etməyə cəhd edib.
Lakin son iki həftə o, ictimaiyyət qarşısına çıxmayıb, bu da bəzi məmurları onun indiyədək işğalçı qoşunlara rəhbərlik edib- etməməsi üzərində düşünməyə sövq edib.
Rusiya pilotları həmçinin, müharibənin ilk həftələrində olduğu kimi, riskdən yayınmaq davranışını sərgiləyir. Onlar sərhədi keçərək zərbələr endirir, sonra isə tez bir zamanda Ukraynanın hava məkanında qalmaq əvəzinə Rusiya ərazisinə qayıdır, - nəşr belə yazıb.
Rəsmi şəxslərin sözlərinə görə, nəticədə Rusiya indiyədək havada heç bir üstünlük qazana bilməyib.
Rusiyalı hərbçilər son zamanlar şiddətli döyüşlər gedən Ukraynanın şərqində müəyyən irəliləyişə nail olub (Severodonetsk rayonunda).
Lakin "Rusiya ordusunun dərin və fundamental" çatışmazlıqlarını bir neçə həftəyə düzəltmək mümkün deyil", - bunu Amerikanın sahibkarlıq institutunda "Kritik təhdidlər" layihəsinin direktoru və baş elmi əməkdaşı Frederik Kaqan qeyd edib.
Pentaqon nümayəndələrinin sözlərinə görə, başlıca çatışmazlıq Rusiya ordusunda yerlərdə çevik və müstəqil qərarlar qəbul edəcək kiçik zabitlərin (çavuşların və tağım komandirlərinin) olmamasıdır.
Və bu problemi tez bir zamanda həll etmək mümkün deyil, çünki Rusiya ordusu sovet ruhunda hərəkət edir, yuxarı komandanlığın direktivləri müzakirə edilmir.
General Dvornikov idarəçiliyi ələ alanda, "qüvvələr döyüşə çox tez bir zamanda atılıb, bu qərar Moskvadan gəlməli idi", - hərbi ekspertlər qeyd edib.
Onların fikrinə görə, Putin indiyədək əməliyyat səviyyəsində qoşunların komandanlığına cəlb edilib.
"Biz belə məlumatları eşitməkdə davam edirik ki, Putin aktiv şəkildə qoşunların idarəçiliyinə müdaxilə edir", - bunu Obama administrasiyasında Penraqonun Ukrayna və Rusiya üzrə yüksək rütbəli nümayəndəsi Evelin Farkas deyib.
Dvornikov Rusiyanın ən təcrübəli və ən qəddar generallarından biridir.
2015- 2016- cı illərdə Rusiyanın Suriyadakı qruplaşmasına rəhbərlik edib, "hazırda Ukraynanın şərqində gerçəkləşən taktikası ilə- bütöv yaşayış məntəqələrini Yer üzündən silən kütləvi artilleriya atəşləri və bombardmanları ilə ad çıxarıb.
Rusiyanın bombardmanları nəticəsində darmadağın edilən Aleppo şəhəri Dvornikovun "vizit kartı"na çevrilib.
Amerika KİV- lərində buna görə general Dvornikov "suriyalı qəssab" adlandırılıb.
Lakin mümkündür ki, o, öz taktikasına hələ ikinci çeçen müharibəsində, 1999- 2000- ci illərdə Qroznı uğrunda gedən döyüşlər zamanı yiyələnib.
Şəhər praktiki olaraq raket- bomba zərbələrindən və artilleriyadan dağıdılıb, Rusiya qoşunları həm də "humanitar dəhlizlər"dən çıxmaq istəyən dinc sakinlərin karvanına zərbələr endirib.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































