Putini tez-tez kim “öldürür“? - “Stalin öləndə də gizlətmişdilər“

Putini tez-tez kim “öldürür“? - “Stalin öləndə də gizlətmişdilər“

“Bu tip xəbərlərin niyə tirajlandığını demək çətindir”.

Mediainfo.az xəbər verir ki, bunu siyasi şərhçi Fikrət Sadıxov Yenisabah.az-a açıqlamasında bildirib.

O, Qərb mətbuatında Putinin ölümü və yaxud xəstəliyi ilə bağlı ortaya atılan iddialara münasibət bildirib:

“Putin xəstədir, yaxud ağır xəstəlik dövrü keçirir və onun ömrünün axırına qısa bir müddət qalıb, - bunların hamısı ehtimallardır. Bu ehtimallar da müəyyən dairələr tərəfindən yayılır və birmənalı şəkildə Putinin düşmənləridir.

Sözsüz ki, media təbliğat maşınıdır, Putinin ölüm, yaxud xəstəlik xəbərləri də təbliğatdır. Belə xəbərlər cəmiyyətdə, xalq arasında vətənpərvər yanaşmaya mənfi təsir üçündür. Qısası, məqsədyönlü bir işdir”.

Şərhçinin sözlərinə görə, reallığı heç kəs bilmir:

“Nə biz, nə şayələri yayan, nə də ki onu eşidən”.

F. Sadıxov tarixdən misal gətirib:

“Həqiqətən də, xəstə olan dövlət başçılarının vəziyyəti heç vaxt ictimaiyyətə bildirilməyib və bu, gizli saxlanılıb. Yaxşı yadımdadır, Leonid Brejnevin ölümü, yaxud Stalinin ölümü bir neçə gün sonra elan edildi”.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az