Ermənistan parlamentinin spikeri Alen Simonyan separatçı fikri səsləndirməkdən imtina etdiyi üçün ölkədə gündəmə çevrilib.
Mediainfo.az xəbər verir ki, o, Qarabağın heç zaman Azərbaycanın tərkibində olmayacağı fikrini səsləndirməkdən imtina edib. A.Simonyanın bu cür davranması sosial şəbəkənin erməni seqmentində qəzəb dalğasına səbəb olub.
A.Simonyanın sözügedən fikri səsləndirə bilməməsinin səbəbi isə birmənalı olaraq Azərbaycanın yaratdığı yeni reallıqlardır. Görünür, 44 günlük müharibədən sonra Azərbaycanın siyasi müstəvidə də əldə etdiyi mütləq üstünlükdən xəbərdar olan spiker sözügedən tərzdə açıqlamaların artıq heç vaxt mümkün olmadığını dərk edib.
Erməni rəsmilərin hətta daxili auditoriyanı sakitləşdirmək üçün belə müvafiq açıqlamalara cürət edə bilməməsi isə bir daha Azərbaycanın postmüharibə dövründə ortaya qoyduğu qətiyyəti nümayiş etdirir.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































