“The New York Times” nəşri Kiyev vilayətində rus işğalçıları tərəfindən ələ keçirilən Buça şəhərinin yerli sakinlərinin edam edilməsinə dair yeni sübutlar dərc edib.
Mediainfo.az xəbər verir ki, martın 4-ə aid videomüşahidə kamerasından çəkilən ilk videonun kadrlarında rus ordusunun ukraynalı məhbusları apardığı görünür.
Əsgərlər daha sonra həmin şəxsləri yaxınlıqdakı ofis binasının önünə çıxarıblar.
Martın 5-də çəkilmiş drondan olan videoda Yablunskaya küçəsi 144 ünvanında yerləşən inzibati binanın yaxınlığında yerdə uzanmış cəsədlər görünür.

Rusiya hərbçilərinin xarakterik simvolları olan hərbi texnika da görünür.
“The New York Times” ruslar tərəfindən öldürülən kişilərin əksəriyyətinin şəxsiyyətini müəyyənləşdirə bilib. Qeyd edilir ki, onlar müharibədən sonra ərazi müdafiəsinə qoşulan Ukraynanın mülki şəxslərdir.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































