Ukrayna aviasiyası düşmən texnikasının toplusuna zərbə vurub: Rusiyanın 20-yə yaxın zirehli texnikası, canlı qüvvəsi və sursatları məhv edilib.
Mediainfo.az "UNİAN"-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.
Mayın 18-də Hərbi Hava Qüvvələrinin zərbə təyyarələri qırıcıların qoruması altında düşmən texnikasının bir dəstəsinə hücum edib. İlkin məlumatlara görə, düşmənin 20-yə yaxın zirehli texnikası, canlı qüvvəsi və döyüş sursatı məhv edilib.
Bundan əlavə, Dnepropetrovsk vilayətində zenit-raket qüvvələrinin bölmələri 1 qanadlı raketi, Xarkov vilayətində isə "Su-34" qırıcı-bombardmançısını məhv edib.
“Əldə edilən danışıqların radio-tutmalarıyla bağlı məlumatlar göstərir ki, Rusiya təyyarəsinin mühərriki alovlanıb və pilotlar katapültə olunublar”, - komandanlıq bildirib.
"UNİAN"-ın daha əvvəl xəbər verdiyi kimi, mayın 18-də axşam saatlarında Ukrayna Silahlı Qüvvələrinin əsgərləri Rusiyanın "Su-34" qırıcı-bombardmançı təyyarəsini məhv ediblər. Bu, Xarkov vilayətinin Kupyansk şəhəri yaxınlığında baş verib.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































