Ukraynanın Mariupol şəhərindəki “Azovstal” zavodunun ərazisində ABŞ ordusunun ehtiyatda olan admiralı Erik Olson Rusiya hərbçiləri tərəfindən əsir götürülüb.
Mediainfo.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. Bildirilib ki, Erik Olsonın əsir düşməsi ilə bağlı xəbər ABŞ-ın rəsmi qurumları tərəfindən təsdiqlənib.
Bundan əlavə, qeyd olunub ki, admiralla yanaşı britaniyalı polkovnik-leytenant Con Beyli və NATO-nun dörd hərbi təlimatçısı da Rusiya ordusuna əsir düşüb.
Bu gün səhər saatlarında Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, “Azovstal”da blokadaya alınmış 694 silahlı əsir götürülüb. Lakin əsirlərin arasında xarici ölkə vətəndaşlarının olduğu qeyd edilməyib. Adları çəkilən hərbçilərin Rusiya qarşı döyüşlərdə iştirak etdiyi ehtimal olunur.
Xarici mənbələr isə Kanada, Fransa və Türkiyə hərbi zabitlərinin hələ də Mariupoldakı "Azovstal" zavodunun altındakı tunellərdə gizləndiyi barədə xəbərlər verirlər.
Qeyd edək ki, admiral Erik Olson 38 ildən artıq xidmətdən sonra 22 avqust 2011-ci ildə təqaüdə çıxıb. O, əvvəllər komandan müavini vəzifəsində çalışıb. 2003-cü ildən 2007-ci ilin iyul ayına qədər ABŞ Xüsusi Əməliyyatlar Komandanı olub.Modern.az
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































