Ukrayna Silahlı Qüvvələri Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələri düşmənin beş hava hədəfini, bir “Su-25” təyyarəsini, 3 əməliyyat-taktiki PUA-sını və bir qanadlı raketini məhv edib”.
Mediainfo.az xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Bildirilib ki, Bessarabiya istiqamətində Rusiya strateji təyyarələrinin raket zərbəsi nəticəsində Odessa vilayətinin Belqorod-Dnestr rayonunda mülki infrastruktur obyektlərinə zərər dəyib, şəxsi evlər dağılıb.
Məlumata görə, Qara dənizdə İlan adası yaxınlığında, Rusiyanın desant gəmisinin məhv edildiyi yerdə axtarış və xilasetmə əməliyyatları aparılır.
Hərbi Hava Qüvvələrinin zərbə aviasiyası müəyyən istiqamətlərdə düşmənə havadan atəş açmağa və qoşunlarımızın bölmələrinin döyüşlərinə dəstək verməyə davam edib.
Bildirilib ki, son 24 saatda Rusiya qoşunlarının Donetsk və Luqanskda düşmənin 11 yerüstü hücumu dəf edilib, beş tankı, bir “TOR” zenit-raket kompleksi, altı artilleriya sistemi, on iki ədəd zirehli döyüş maşını və bir avtomobil texnikası məhv edilib.
Məlumata görə, düşmənin ötən gün ərzində ümumi itkilərinin sayı dəqiqləşdirilir, bu barədə ayrıca hesabat dərc olunacaq.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































