“Məğlubiyyət istər-istəməz Rusiyada fəlakət hissi yaradır və bu hiss, duyğu getdikcə insanlar arasında yayılır".
Mediainfo.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri Luqansk vilayətinin Beloqorovka ərazisi yaxınlığından Donetsk çayını keçməyə cəhd edən rus ordusunun məğlubiyyəti ilə bağlı analitik məqalə dərc edib.
Məqalədə deyilir ki, hətta rusiyayönümlü hərbi blogerlər də işğalçı ordunun hərəkətlərindən məyus olub, Rusiya ordusunun rəhbərliyini tənqid edirlər.
Jurnalistlərin məlumatına görə, Beloqorovka yaxınlığında 485 rusiyalı həlak olub və ya yaralanıb, 80-dən çox texnika məhv edilib.
Qeyd olunur ki, əgər itkilər həqiqətən də bu qədər böyükdürsə, o zaman bu məğlubiyyəti Ukraynanın “Neptun” raketləri ilə vurulmuş “Moskva” kreyserinin məhv edilməsi ilə müqayisə etmək olar.
Mayın 10-da Luqansk Vilayət Dövlət Administrasiyasının rəhbəri S. Haydai bildirib ki, Beloqorovka yaxınlığında Severski Donetsk üzərində işğalçıların tikdiyi ponton keçidləri dağıdılıb, kənd rus qoşunlarından təmizlənir. Səhərisi gün Silahlı Qüvvələr düşmənin ponton körpülərini də darmadağın edib.
Mayın 12-də Severski Donetsk çayı yaxınlığında çox sayda məhv edilmiş texnikanı əks etdirən fotolar ortaya çıxıb.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































