Rusiya qüvvələri Luqansk vilayətinin ələ keçirilməsini başa çatdırmaq üçün Ukrayna bölmələrinin Donetskdən İzyuma qədər irimiqyaslı mühasirəyə almaq planından imtina ediblər.
Mediainfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
İddiaya görə, Rusiyanın hərbi komandanlığı Donetsk vilayətinin şərq hissəsindəki quru xətlərini ələ keçirməyə cəhd etməklə, gələcəkdə Severodonetsk uğrunda döyüşə üstünlük verəcək.
Bildirilib ki, rus qüvvələri Severodonetski şimal və cənubdan ələ keçirmək üçün cəhdlərini davam etdirir. Bu, Ukrayna qoşunlarının əvvəlcə düşünüldüyündən daha kiçik mühasirəyə alınmasına gətirib çıxara bilər.
Xarkov vilayətində Rusiya sərhədinə çatan Ukrayna Silahlı Qüvvələrinin artıq rus ordusuna qarşı müdafiəyə keçdiyi deyilib. Ruslar isə şərq əməliyyat zonasında hücumlarını davam etdirirlər. Həmçinin rus ordusu Avdeyevka istiqamətində xeyli itki verərək əvvəlki mövqelərinə çəkilib.
Məlumata görə, Rusiya qüvvələrinin əsas səyləri Donetsk istiqamətinə yönəlib.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































