Ağdam rayonun işğaldan azad olunan ərazilərində vaxtilə ermənilər tərəfindən qətlə yetirilmiş mülki sakinlərə aid olduğu təxmin edilən insan skeletləri aşkarlanıb. Hadisə rayonun Uzundərə adlanan ərazisində qeydə alınıb. Bərdə-Ağdam yolunun təxminən 37-ci km-də yol tikinti texnikaları qazıntı işləri apararkən skeletlər aşkarlanıb. Sümüklər təxminən əsas yoldan 300 metr kənarda, yol yatağının torpaqla təmin edilməsi üçün aparılan qazıntı işləri zamanı ortaya çıxıb.

Skelet sahiblərinin paltarlı basdırıldığı müəyyən olunub. Hadisə şahidlərinin dediklərinə görə, sümüklərin ətrafındakı paltar qalıqları qadın və kişiyə aid olub. Hadisə yerinə baxış keçirən polis və prokurorluq orqanlarının əməkdaşları hər iki insan sümüyü qalıqlarını ekskumasiya edərək aidiyyatı üzrə tibbi ekspertizaya göndərib. Skeletlərin yaşı və kimliyi məhz araşdırma başa çatdıqdan sonra məlum olacaq.
Ağdam şəhəri və yeddi km yaxınlığındakı Uzundərə adlanan ərazi 1993-cü ilin iyul ayının 23-dən erməni işğalında olub. Bu ərazilər 27 il Ermənistan silahlı qüvvələrinin nəzarətində olub. Bu da o deməkdir ki, bu skeletlər girov düşmüş vətəndaşlara aid ola bilər.
Mediainfo.az
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb









.jpg)










.jpg)



























.jpg)






