QÜRBƏTDƏN GƏLƏN SƏSLƏR

QÜRBƏTDƏN GƏLƏN SƏSLƏR

Onu yaxından tanıyaq

Gərək olmayasan ağıl möhtacı,

Olsan, bu dünyada əziyyətin var.

Qaldırsan şikəsti, doydursan acı,

Sanarsan Məkkəyə ziyarətin var.

Qədim "Avesta" kitabından sitat olaraq " Xeyirxah fikir, xeyirxah söz, xeyirxah əməl" . Bəli, xeyir fikirlə, xeyir əməl üst-üstə düşdükdə vəhdət olaraq xeyirxahlıq yaradır. Xeyirxahlıq isə bəşəriyyətin, humanizm və insani prinsiplərinin ən ali məqamıdır. Çünki xeyirxahlıq bütün dünyada lalların danışa bildiyi, korların görə bildiyi və karların eşidə bildiyi ümumi bir dildir.

Talelər müxtəlif, qismətlər fərqli olduğundan, hər kəs də ömür yolunu öz tale yükünü daşıyaraq qət edir. Lakin elə insanlar vardır ki, onlar təkcə öz talelərini yaşamır, digərlərinin də ağrı-acısına şərik çıxaraq, onların tale yüklərinə dəstək olurlar. Belə insanlar harada olmağından asılı olmayaraq, öz düzgün missiyalarını layiqincə həyata keçirirlər.

O insanlardan biri də, haqqına bəhs edəcəyim Ağakişiyev Zöhrab Rəsul oğludur.

Zöhrab dünyaya gəlişi ilə ailəsinə böyük sevinc bəxş etdi. O sevincin fərəhindən hər günün öz xoşbəxtliyi yaşandı. O, zərrə-zərrə, damla-damla boy atdıqca böyük amallar uğrunda gələcəyinə doğru addımladı.

O, sevilə-sevilə doğma və yaxınlarının hörmətini qazanaraq böyüyüb müstəqil həyatına qədəm qoydu. O, özü də doğma və yaxınlarını, dost və tanışlarını sevə-sevə yaşadır və yaşayır. Bütün müsbət keyfiyyətləri və əxlaqı ilə onu tanıyan hər bir kəsin sevimlisinə çevrilməyi bacardı.

O, düşüncə tərzi və həyata baxışları ilə öz yaşıdlarından hələ uşaq vaxtlarından seçilərək daim fərqləndi. Müsbət aura və pozitivliyi ilə ətrafındakılara həmişə müsbət enerji bəxş etdi. Yaxşı xüsusiyyətləri mənimsəyərək yetkinləşə-yetkinləşə gəncləşdi.

Bəli, bütün bu sadalanan müsbət keyfiyyətlərə malik, gözəl və nəcib xasiyyətlərin sahibi Ağakişiyev Zöhrabdır.

Ağakişiyev Zöhrab 1970-ci ildə Cəlilabad rayonunun Günəşli kəndində anadan olub. Həmin kəndin 2 saylı orta məktəbində əla qiymətlərlə oxuyan Zöhrab texniki fənlərə daha çox sevib. Hamı ilə səmimi, mehriban rəftarda olan Zöhrab, məktəbdə keçirilən bütün tədbirlərdə fəal iştirak edib. Rayon üzrə keçirilən riyaziyyat və fizika olimpiadalarında yaxından iştirak edən Zöhrab 1987-ci ildə orta məktəbi

qurtardıqdan sonra sənədlərini ali məktəbə verir. Qəbul imtahanlarından 5 və 4 alaraq xaricidə təhsil almaq üzrə Gürcüstan Politexnik Universitetinə qəbul olur. Burada da fəal və seçilən tələbələrdən olur. Universitetin divar qəzetində aktiv tələbə olduğuna görə şəkli vurulur. 1-ci kursdan sonra bir illik Qazaxıstanda hərbi xidmətdə olur. Orada da komandir tərəfindən dönə-dönə tərifnamələr alır. Hərbi xidmətini başa vurduqdan sonra ali təhsilini davam etdirir. Lakin müəyyən səbəblərdən öz peşəsi üzrə işləmir və şəxsi biznesi ilə məşğul olur. 1993-1995-ci illərdə Türkiyə və İran ölkələri ilə biznes əlaqələri qurur. Bundan sonra biznes fəaliyyətini 1 il, 8 ay müddətinə Rusiyanın Sibir vilayətində davam etdirir. Daha sonra isə taleyini biryolluq Almaniya ilə bağlayır. 1996-cı ilin oktyabr ayından Almaniyaya gedərək orada türk şirkətlərinə qəbul olaraq vətəndaşlıq alır. Bundan sonra isə öz firma açaraq təzədən öz biznes fəaliyyətinə başlayır. İnşaat işi ilə məşğul olan şirkətini getdikcə daha da genişləndirir. Onun rəhbərlik etdiyi şirkət nəinki Almaniyada, digər xarici ölkələrdə də tanınaraq sifarişlər qəbul edir. Moskvada, Moldaviyada, Belarusiyada, Kiyevdə və digər xarici ölkələrdə geniş iş birliyinə malikdir.

Qürbətdə yaşasa da, xalqına, doğma yurduna olan sevgisi tükənməzdir. Məhz bu sevgisindən irəli gələrək xeyirxahlığı ilə də seçilir. Boya-başa çatdığı elini, obasını unutmayan Zöhrab, öz doğma kəndi üçün də çoxlu sayda xeyirxah işlər görübdür. Bundan əlavə bir neçə nəqliyyat vasitələri də alıb doğma elində qoyubdur ki, xeyri, şəri olan insanlar əziyyət çəkməsinlər. Bununla yanaşı Almaniyada yaşayan azərbaycanlıların da hər hansı bir çətin işlərində öz maddi və mənəvi köməyini əsirgəmir.

Ağakişiyev Zöhrab Almaniyada çoxsaylı azərbaycanlılar içərisində həmişə rəftarı, yüksək mədəniyyəti və iş fəaliyyəti ilə seçilir. Almaniyada fəaliyyət göstərən ictimai təşkilatlarla, Azərbaycan Diasporları ilə sıx əlaqə saxlayır, lazım olan tədbirlərdə Azərbaycanı layiqincə təmsil edir.

Eyni zamanda Zöhrab "Oxu Məni " qəzetini çoxdan izləyir, Almaniyada yaşasa da, doğmalarının köməkliyi ilə bu qəzeti mütəmadi əldə edə bilir.

Biz də öz adımızdan ilk növbədə oxucumuz olan, eyni zamanda Azərbaycanımızı xarici ölkələrdə layiqincə təmsil edən iş adamı Ağakişiyev Zöhraba cansağlığı, işlərində daim uğurlar arzulayırıq.

İsa Rəvan

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az