Tarix təkcə fənn kimi sevilməməlidir, o, insanların maraqlandığı və rəğbət bəslədiyi şəxslərin keçdiyi mübarizə mərhələlərinin bir toplusudur.
Bu məfhumun sayəsində biz keçmişimizi öyrənməyə müvəffəq olduq. Doğru ilə yalanı ayırd etdik! Məhz Tarixin hesabına biz keçmişimizi bilməklə bərabər, həm də gələcəyimizi də müəyyənləşdirdik. Biz buna görə tarixçilərə də minnətdarıq! Çünki, onlar hafizdirlər. Tarix bizə igidləri və özümüzü tanıtdı, tarix bizə yurdu sevdirdi, tarix bizə yeni həyata addımlamaq üçün təkan verdi, tarix bizə çox şey verdi..........
Yaşadığımız hər gün bir səhifədir və bu ömür səhifələri Tanrı bəndəsini öz pak dərgahına qaytarandan sonra bir kitab halına düşür, daha doğrusu, tarixə çevrilir. Əgər kiməsə maraqlısansa, o, sənin həyat tarixçənə nəzər yetirəcək.
Biz bu Tarix vasitəsiylə xalqımızın başına gətirilən zülmləri, keşməkeşli həyat tərzini öyrəndik, gözümüz açıldı, doğru ilə yalanı, haqqla batili bir-birindən ayırdıq. Tarix bir projektordur. Onun gözqamaşdırıcı işıqları qaranlıq qalan mətləbləri üzə çıxardır. Məgər Tarixin köməyi ilə keçmişdə bizə zərbə vuranları görmədikmi? Onların şirin dilinə və hiyləgər gözlərinə baxıb aldanan insanların acı taleyini oxumadıqmı? Yaşaya-yaşaya həyatı dərk etməyin əvəzinə saf insanları incitməkdən həzz alanların xislətini dərk etmədikmi? Onlar dərk etməsələr də biz dərk etdik!
Bu gün Tarix orta məktəblərdə tədris olunan gözəl bir fənndir. Tarixi hər kəs oxumalıdır! Fərqi yoxdur, sən mühəndissən, həkimsən, hərbçisən........ Əgər həqiqətən də ayrı-seçkilik olsaydı, Jurnalistlər Həsən bəy Zərdabini oxuyub ona, Həkimlər Hippokratı oxuyub ona və Tarixçilər isə "Tarixin atası" adlanan Herodotu oxuyub ona öz işlərində və xalqa xidmətdə ləyaqət və şərəflə qulluq edəcəklərinə and içməzdilər.
Ərtoğrul Mehdizadə
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















