FHN-nin balansında olan binaların sakinlərindən Nazirlik adından 15 və 20 azn pul yığılır?!

FHN-nin balansında  olan  binaların sakinlərindən Nazirlik  adından 15 və 20 azn pul yığılır?!

Bu hadisələr Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 107A və 107B saylı binalarda hər ay təkrarlanır. Sözügedən binalar Azərbaycan Respublikası FHN-nin balansındadır və həmin binaların sakinləri FHN-nin müxtəlif idarələrinin əməkdaşlarıdırlar. Yaşadığımız mənzillər xidməti mənzil kimi 2013-cü ildə şəxsən FHN naziri cənab Kəmaləddin Heydərov tərəfindən sakinlərə verilmişdir. Xidməti ev olduğundan hələki sakinlərə order verilməyib. Binaların yerləşdiyi ərazidə xalqımızın gələcəyi olan körpələr üçün oyun meydançası, 107B saylı binanın birinci mərtəbəsində baş plana uyğun uşaq bağçası və mağaza sakinlərin istifadəsi üçün ayrılmışdır. Cənab Nazirin inanıb etibar etdiyi FHN-nin bəzi səlahiyyət sahibləri öz şəxsi mənafelərini xidməti vəzifəsindən və Qanunun Aliliyindən üstün tutaraq cənab Kəmaləddin Heydərovun və Fizuli Əsədovun adından sui-istifadə etməklə ərazini xüsusi gəlir mənbəyinə çevirmişdilər. 107B saylı binanın birinci mərtəbəsində yerləşən uşaq bağçası və mağazanın yerini Suraxanı rayon Dövlət Yanğından Mühafizə Xidmətinin mühasib xəzinədar vəzifəsində işləmiş, təqaüddə olan keçmiş əməkdaşı fırıldaqçı Hüseynov Altay Hüseynxan oğlu tərəfindən zəbt edilmiş və orada onun tərəfindən qanunsuz olaraq tikinti rekonstruksiya işləri aparılmışdır. 107A saylı mənzil 6 ünvanında yaşayan fırıldaqçı Hüseynov Altay Hüseynxan oğlu 107B ünvanında yerləşən mağaza və uşaq baxçası üçün nəzərdə tutulan həmin ərazini mənzil kimi şəxsən FHN-nin naziri tərəfindən ona verildiyini bildirərək şəxsən cənab nazirin adından istifadə edir. Uşaq baxçasını və mağazanı sakinlərin özlərinə qaytarmaq üçün heç bir qanuni tədbir görülmür. Hər ay sakinlərdən əraziyə "nəzarət edən" komendant İlqar Hüseynov tərəfindən iki otaqlı mənzillərdən 15 azn, 3 otaqlı mənzillərdən isə 20 azn nəğd pul yığılır. Şəxsən FHN-nin pul yığımı ilə bağlı nazirin rəsmi "Qərarın" göstərişi olduğunu bildirən komendant İlqar Hüseynov sakinlərə həmin "Qərarı" göstərişi təqdim etməkdən imtina edərək nazirliyin adından hədə qorxu gəlməklə pulu ödəməyəcək ailələrin yaşadıqları mənzildən çıxarılacaqları və həmin ailələrə yaşadıqları mənzil üçün gələcəkdə heç bir sənəd verilməyəcəyini bildirərək bu göstərişin şəxsən FHN-nin naziri tərəfindən verildiyini bildirir.

Hər ay cənab nazirin adından sui şəkildə istifadə etməklə xeyli miqdarda nəğd pul yığan komendant İlqar Hüseynovdan bank hesabının nömrəsini tələb etdikdə cavabında İlqar Hüseynov bildirdi ki, "mən sizə xəbərdarlıq etdim".

Təəssüf və maraq doğuran odur ki, qeyd edilən bütün bu qanunsuzluqlar FHN-nin bir başa nazirlik əməkdaşlarının yaşadıqları Suraxanı rayon, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 107A və 107B ünvanlarında onların gözləri qarşısında baş verir.

Yuxarıda qeyd edilən qanunsuzluqlarla bağlı FHN-i cənab Kəmaləddin Heydərova ünvanlanan sakinlərin müraciətləri və ərizələri bu günə qədər cavabsız qalmışdır. Deməli komendant İlqar Hüseynov və fırıldaqçı Altay Hüseynovun FHN-də çalışan səlahiyyətli havadarları sakinlərin şəxsən cənab nazirə ünvanlandırdıqları şikayət xarakterli ərizə və müraciətlərinin cənab Kəmaləddin Heydərova çatmasının qarşısını alıblar. Nazirin şəxsən onun adından istifadə etməklə özbaşınalıqlar davam edir.

Qeyd edilən binaların yerləşdiyi əraziyə nəzarət ərazinin təhlükəsizliyi əvvəllər çox yüksək səviyyədə olduğu halda bu gün həmin əraziyə istənilən hər hansı bir kənar şəxs günün istənilən vaxtı sərbəst şəkildə daxil ola bilir.

Azərbaycan IV İslam Həmrəylik oyunları ərəfəsindədir və bu gün bütün dünya terarizmə qarşı mübarizə aparır. Belə bir durumda ərazinin tam nəzarətsiz qalması ərazidə yaşayan sakinləri ciddi narahat edir.

Bağırova Vesmira Qabil qızı, ş/v AZE № 09721233

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az