Milli mənliyin keşiyində
Əllərdə milli bayraqlar... Yenə millətim küçələrə səpələnib qəlbində Vətən eşqi, Şəhidlərimizin ruhlarına ehtiramla. Səslər ürək titrədir. Səslər ruhu sirkələyir. Millətim əqidə uğrunda savaşdadır. Millətim namusunun keşiyindədir! Millətim torpağını kəfən seçib özünə, Böyük İlahi Eşqdən yoğrulmuş Milli Bayrağımızın şərəfini qorumaqdadır.
Xalqım küçələrə zinət verir görünüşü, səsləriylə, əllərindəki bayraqlarla Vətən adlı Ananın düşməninə etiraz edir.
Torpağımda ağalıq bu torpaqdan dirçələn oğullarına yaraşır! İlhamına yaraşır! İlhamlı Vətəninə yaraşır!
Yağı kinini əkib, nifrətini becərdi. Böhtanını əkib yalanını qazandı. Şərəfini əkib... Çürük toxumlar bizim torpaqlarda becərməz. Ora Azərbaycan kişisinin toxumu gərəkdir!!! Övrət örpəyinə bürünüb qoltuq altda piyləndirmə, haram ət becərmə məkanında "münbit" haram ətlər bizə yarımaz, bizə yaramaz!..
Mənim Prezidentim xalqı ilə nəfəs alır, əsgərinin yanındadır. Yaralı əsgər övladdan əzizdir! Prezidentim yaralı əsgərinin yanındadır.
Biz - atalara, babalara, qardaşlara yaralı əsgər canımızdan çox-çox əzizdir. Buna inam üçün bizim keçdiyimiz yolu keçmək lazımdı. Hələ 80-ci illərdən Qarabağdan əsən qara yellər, Qarabağın üstünə çökən qara buludlar bizim bu gümümüzü göstərirdi. O zaman biz gənc idik, övladlarımız körpə. Övladlarımız ərən oldular. Sevgi əkib, oğul becərdilər Azad Azərbaycan üçün! Ulu Hikmətdən bizə əta olunan İlahi Eşqimiz var: Vətən və Namus! Qüdrətimiz var, özünü tanımayana tanıtmaq, yerini bilməyənə yerini bildirmək ağlımız, güc göstərənin qarşısına çıxaracağımız qüdrət gücümüz var! Bizim ƏSGƏRİMİZ var!
Allahından qüvvət alıb, İlhamından İlham alıb xeyir-dua ilə ön cəbhəyə gedən ərənlər! Milli bayraqlı tabutlarınız fəxrimizdir! Nə gözəldir bu fəthiniz! Mübarəkdir bu fəthiniz!
Sevda dolu qəlbinizdə sevda ilə yol getdiniz. Sevda dolu gözlərdəki sevdaları özünüzlə apardınız. Çiçək açdı andlarınız! Azərbaycan ürəyinə həkk olundu adlarınız!
Yaylım atəşlərindən daha Uca Mərtəbəyə yol aldınız!
Bizim andımız – sizsiniz!
Hər yağış yağanda yağar üstümüzə məhəbbətiniz.
Ağ örtüyə bürünüb qar kimi gələrsiniz evimizə, əriyib axarsınız ürəyimizə. Görərsiniz: var imiş bir Uca Mərtəbədə də - Könüllərin Sarayında eviniz, taxtınız.
Mübarək olsun, övladlarım!
Ən igid əsgər bizim əsgər!
Yaş işini görür. Bu sözlər kövrəldir məni. Sözlərdəki inam, iman, etibar qəlbimi titrədir.
Mənim əsgərim! Bu sözlər necə böyük sevginin təcəssümüdür! Fitrətini izah etmək bir yazıçı üçün belə çətindir. Onun maddi və mənəvi yükü, psixoloji və fiziolopsixioloji yükü çox ağırdır. Hikməti hələ kəşf edilməmiş məhəbbətlə yoğrulub.
İnamın özünə sarılıb gedən,
Vətəni anlayıb anıb da deyən,
Adıyla bizlərə çox fərəh verən:
Bizim əsgər, igid əsgər.
Qanında ildırım, canında alov,
Qınına çəkilər qorxudan yalov.
Qartal tək şığıyar o alov – al ov -
Bizim əsgər, igid əsgər.
Şəhidlik onunçün bir mübarək yol,
Allahın bir sözü vardır yalnız: "Ol!"
Ağlına güvənər, varı – güclü qol -
Bizim əsgər, igid əsgər!
Vətənimin hər bir oğlu, hər bir qızı bu gün onu qorumağa hazır olan igid əsgəridir!
Azərbaycanın Birinci Xanımı aprel ayının 7-də
Azərbaycan Şəhidlərinin Ruhlarına Ehtiramla ehsan süfrəsi açdı.
Allah qəbul eləsin!
Xalqa mesaj
Ağ örpəkli, qara paltarlı gəlin! Gəlinlər arasında taclı sona! Gənc yaşında aqil, məqam taxtında müdrik!
Titrəyən səsindən, dolan gözlərindən qəlbinin mərhəm kədəri səpildi üstümüzə.
-...Mən də anayam,-dedin.- Əlbəttə, heç bir ana istəməz ki, müharibə olsun. Övladları gənc yaşında ömürlərini dəyişsinlər.
Azərbaycan Dövləti Ermənistan-Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün artıq 20 ildən çoxdur ki, bütün səylərini göstərir. Biz istəyirik ki, torpaqlarımız geri qayıtsın. Biz istəyirik ki, insanlarımız öz doğma yurdlarına qayıtsınlar. Biz işğalçı deyilik. Biz işğalçı ilə mübarizə aparan bir dövlətik. Bizim heç bir başqa millətin, başqa xalqın torpağında gözümüz yoxdur. Biz sadəcə öz torpaqlarımızı geri qaytarmaq istəyirik. Bu həqiqəti bütün dünya bilir və artıq qəbul etməlidir. Ədalətsiz, işğalçı siyasətin qarşısını almaq üçün bizim qəhrəman ordumuz var, bizim qəhrəman övladlarımız var. Çox sağ olun ki, belə övladlar böyütmüsünüz. Çox sağ olun ki, ömrümüzün ən ağır anlarını belə ləyaqətlə qəbul edirsiniz. Allah Azərbaycanı hər zaman qorusun!
***
Ən uca zirvəyə - Şəhidlik zirvəsinə ucalan oğullarımız doğma torpağa tapşırıldı. Xalq şəhid əsgərlərinin əzizlərinin yanında oldu. Dövlətin başında dayanan Ərənimizin belə nəcib təşəbbüsü vardı. Özünün də, Xanımının da qəlblərinin qapıları xalqın üzünə açıqdır həmişə. Bu qapıdan sadə, zəhmətkeş, istedadlı, fədakar insanlar, bir də belə insanların ağılla tərbiyə etdikləri övladlar keçə bilirlər.
"Mən də anayam!"- dedi Birinci Xanım. Bu sözlərin alt qatında yatan məntiqi mənanı xırdalayan hər kəs anlayır ki, bu ağrı - Vətən ağrısı, Övlad itirmək
ağrısı onun xanım qəlbinin divarlarını sirkələyir. O, bu kədərin, bu iftixarın məna yükünü duyub. Şəxsiyyət zamanında, məqamında sözünü demirsə, xalq umduğundan küsülü qalır. Nə yaxşı ki, Birinci Xanım millətinin xanımlarının yanındadır. Xanım, Ana, Dövlət Xadimi milli dəyərlərimizin keşiyindədir. Sağ olsun! Halal olsun!
Azərbaycan xalqı hər bir bölgəsində Şəhidlərini son mənzilə hörmətlə yola saldı. Hər kəsin dilindən bu sözlər səslənirdi:
-Fəxr edirik!
-Vətən sağ olsun!
-Şəhidlər ölməz, Vətən yenilməz!
Bu da İlahi mesajdır qəlblərə səpilib! Nə yaxşı ki, millətim saf duyğular təcəssümçüsüdür!
08/04/2016 – 0/16
Vətən, Sənə Canım Fəda!
Kəfəni Vətən eşqi, mənzili vətən torpağı, Ruhunun məkanı Uca Dərgahdır Şəhidlərin! Müqəddəs kəlamla Buyurulur ki, "Şəhidlərə öldü deməyin, onlar Allah Dərgahında sağdırlar!" Bu inam və bu imanla könül dünyamızın taxtında da şahlıq edirsiniz, Şəhidlər.
Axar sular tərsinə axmır. Su axarının tərsinə üzmək olmaz. Yer tərəzisində dünyanı tərsliklə ölçənlər cəhənnəm təndirinə düşürlər. Saf sular qoynunda isə şəhid ruhları uyuyur.
Əsən küləkləri görmürük, amma gücü, qüdrətinin əlamətlərini görürük. Sərinlədir, tozlandırır, torlandırır, yeri gələndə dağıdır. Küləklər bizə Şəhid müjdəsi verir, yağıya əbədi lənət! Lənət olmuş şeytana uyduqları üçün!
Dərin dəryalarda su üzündə gəmiləri saxlayan hansı qüdrətdir?
Görürsənmi, dərin fəlsəfi fikirlər hansı sadəliklə, aydınlıqla ifadə oluna bilir? Qəlizləşdirmə qəlizlik xarakterindəndir.
Mən yaza bilmirəm qəlbim deyəni,
Qəlbimsə yamanca incidir məni.
Gördüyüm, bildiyim nələr vardırsa,
Güldürür, ağladır, incidir məni.
Xəbis dərzilərin biçdikləri don
Mütləq öz ömrünə verər bir gün son.
Ya əyir, ya da ki, istəyirsən yon,
Nadan heç anlamaz, incidər məni.
Buludlar göy yükü, çəkisi ağır,
Birdən tökülərsə bu yer mülkünə
Dağılar Evimiz, bu işi ağır,
Anlamaz anlamaz, incidər məni.
Hər kədərimə sevinən yağı, ölüm qarı hər qapının payında var. Gec ya tez, bir gün bu qismət payını qoynumuza alırıq. Özümüzü ona təslim edirik. Bacarırsansa, təslim olma! Kədərimə sevinirsən? Yeri-Göyü, yerdəkiləri- göydəkiləri Yaradanı anlamadığın üçündür! Qammırsan ki, qəmim fəxrimdən yoğrulub. Kədərimin başında İftixarım dayanır. Qəmimin üstündə Şəhid adı dayanıb. Biz şərəfimizin fövqündəyik! Yaradan isə bizim fövqümüzdə! Bəs, sənin nəyin var? MƏNİM OLAN MƏNDƏ QALAR! Ildırım tək başında çaxar!
İldırımdan doğulanlar
(Mahnı mətni)
Vətən adlı beşiyində
Halal südlə qidalanar.
Vətəninin keşiyində
Nər igidtək o dayanar –
İldırımdan doğulanlar.
İldırımdan doğulanlar.
Hey-hey! Hey-hey! - bek-vokal və ya xor
Nəqarət:
Çovğunda da, boranda da
Sərhədinin keşiyində
Ərən kimi dayanarlar!
Hey-hey-hey-hey! - bek-vokal və ya xor
Qayaların zirvəsində
Cəsur, igid sərhədçilər
Heykəl kimi dayanarlar!
Hey-hey-hey-hey! - bek-vokal və ya xor
Yağıların gözlərində
Şimşək kimi hey çaxarlar
İldırımdan doğulanlar!
İldırımdan doğulanlar...
Hey-hey! Hey-hey! - bek vokal və ya xor
Od yurdunun odu vardır,
Damarında qoru vardır,
Kişi sözlü, igid yardır
İldırımdan doğulanlar,
İldırımdan doğulanlar!
Hey-hey! Hey-hey! -bek-vokal və ya xor
Mahnının bəstələndiyi muğam üstdə
sözsüz milizm və ya variasiya
Nəqarət təkrar olunur.
Rafiq Rəhimli
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































