Valideyn məsuliyyətsizliyi yeniyetmələrin gələcəyini məhv edir

Valideyn məsuliyyətsizliyi yeniyetmələrin gələcəyini məhv edir

Son zamanlar valideyn məsuliyyətsizliyinin başlıca səbəbi dəbdəbəli həyata marağın artması və sosial şəbəkələrə meylin güclənməsidir. Valideynlər düşünürlər ki, övlada ancaq rahat yaşayış və geyim vermək lazımdır, əslində övladı sevgiylə, qayğıyla böyütmək və maraqlarını inkişaf etdirmək vacib faktordur. Belə olan təqdirdə yaşından asılı olmayaraq uşaqlar bu etinasızlığı görürlər və davranışlarına qarşı qeyri-adekvat yanaşırlar. Hətta bu etinasızlıq və məsuliyyətsizlik ev şəraitində də özünü büruzə verir. Uşaq ananı sualla bezdirməsin deyə, ünsiyyətdən qaçdığı üçün saatlarla övladının vaxtının sosial şəbəkələrdə keçirməsinə şərait yaradır, yaşına uyğun olmayan "linklərə" daxil olur aqressiya yaradacaq cizgi filmlər izləyir, oyunlar oynayırlar onlarda yaranan gərginlik istədikləri hərəkəti etməyə cəsarət verir. Məsələn: evin eyvanından baxarkən yıxılmaq təhlükəsi yaşanır və ya valideyn yol gedərkən başı o qədər sosial şəbəkəyə qarışır ki, yol keçəndə belə uşağın yaşını, təhlükəsizliyini nəzərə almırlar. Çünki bir çox evli insanlar özləri hələ də uşaq kimidirlər, bunun aclığını yaşayırlar, uşağa necə yanaşmaq lazımdır bilmirlər. Erkən evlilik də buna təsir edən səbəblər sırasındadır.

Son zamanlar gündəmdə olan boşanma halları da valideyn məsuliyyətsizliyinin bir qoludur. Cütlüklər arasında övlad səbəbdən müəyyən problemlər yaranır və boşanma halına kimi gətirib çıxarır. Valideynin övladına qarşı məsuliyyətsizliyi gənclər arasında intihar hallarını da maksimum həddə çatdırır. Övlad ailədə diqqət çəkmək üçün özünü sübut etmək səbəbi ilə intihara meyl edir. Bu daxili aqressiyanın çoxalmasından beyində stupur yaranır, yeniyetmə nə etdiyini dərk etmir və nəticə bir gəncin ölümü ilə yekunlaşır. Əgər bu gün yeniyetmə zərərli vərdişlərə meyl edirsə, bu da birbaşa valideyn məsuliyyətinin göstəricisidir. Olur-olmaz qadağalar, uşaqları çərçivəyə salmaq, özgüvəni onlarda azaltmaq, cəsarət verməmək bu halları çoxaldır. Valideynlər 3 yaşına qədər uşaqlara yeriməyi və danışmağı öyrədirlər, 3 yaşından sonra susub oturmağı. Niyə? Çünki ilk sorğulanacaq insan elə o məsuliyyətsiz valideynin özüdür. Bəzi natamam valideynlər cəhd edirlər ki, övlad üzərində öz həyata keçməyən arzularını reallaşdırsınlar. Bu ən çox şagirdin ixtisas seçimində özünü daha çox göstərir. Valideynlərinin onlara yaşatdıqlarını uşaqları üzərində tətbiq edirlər. Belə davam etsə gənc öz mövqeyini cəmiyyətdə tuta bilməyəcək və həyatı boyu komplekslərlə üzləşəcək. Nəticənin acınacaqlı olmaması üçün hörmətli valideynlər, çalışın valideynlik məsuliyyətini dərk edin və ona görə davranın, uşaqlara azadlıq verib şəxsiyyət kimi yetişməsinə kömək edin. Daim uşaqlarınızın yanında olun, qarşılarında deyil.

Elnarə Eminova

"Dünya" TV-nin efir direktoru,

jurnalist-psixoloq

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az