Baxımlılığı ilə Azərbaycan teleməkanında yüksək reytinq toplayan "Dünya" TV hər zaman yaradıcılıq axtarışındadır. Əməkdar jurnalist Ramiz Hüseynovun rəhbərlik etdiyi bu telekanalda çalışan peşəkar komanda heyəti bir-birindən maraqlı və rəngarəng verilişləri ilə tamaşaçıların rəğbətini qazanaraq çoxlu sayda izləyici toplaya bilmişdilər. "Dünya" TV-nin efir direktoru, peşəkar və yaradıcı insan, işinə hər gün məsuliyyətlə yanaşan Elnarə xanım Eminova kanal haqqında fikirlərini "Oxu Məni" yə belə söylədi:
– Ölkəmizdə Kütləvi İnformasiya Vasitələrinin fəaliyyətinə yaradılan əlverişli şəraitdən yararlanan "Dünya" Müstəqil Teleradio Şirkəti artıq 17 ilə yaxındır ki, fəaliyyət göstərir.
İstər sosial-iqtisadi, istərsə də elmi-mənəvi sahələrdə aparılan böyük işlərin geniş tamaşaçı auditoriyasına ətraflı və dəqiq şəkildə çatdırılması üçün "Dünya" TV də öz fəaliyyətini günün tələbləri səviyyəsində qurmağa çalışır. İctimai, sosial, əyləncəli və digər aktual layihələri, gün ərzində 5 dəfə yayımlanan Xəbər buraxılışları olan "Dünya" TV 1999-cu ildə analoq yayıma, 2010-cu ildən internet vasitəsilə yayımlanmağa, Azərbaycan Prezidentinin 2013-cü ildə ölkədə fəaliyyət göstərən tv kanallarının analoq yayımından rəqəmsal yayıma keçməsi haqqında verdiyi qərara əsaslanaraq 2013-cü il aprel ayının 10-dan "Dünya" TV region televiziyalar arasında ilk olaraq rəqəmsal yayıma başladı.
Ölkə prezidentinin rəhbərliyi və birbaşa şəxsi nəzarəti ilə ilk dəfə olaraq Azərbaycan bayrağı altında azerspace-1 peykinin fəzaya buraxılması və Azərkosmos şirkətinin yaranması bir çox informasiya-kommunikasiya sahələrinə olduğu kimi, "Dünya" TV- ə də öz əhatə dairəsini genişləndirmək istiqamətində çox önəmli bir addım atmağa və tamaşaçı auditoriyasını 100 dəfələrlə artırmağa imkan yaratdı. 01 oktyabr 2014-cü il tarixindən "Dünya" TV Azerspace-1 peykində yayıma başlayıb.
Biz də Elnarə xanıma bu nəcib işində uğurlar arzulayırıq. Yaxşı deyiblər ki, xanımlar zəif yox, zərifdirlər. Zərif çiynində böyük yükü daşıyan dəyərli televiziya mütəxəssisi Elnarə xanıma yalnız və yalnız zirvələr arzu edirik.
Alim Nəbioğlu
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi



























.jpg)


















.jpg)

