Azərbaycan Dövlət Aqrar Universitetinin kənd təsərrüfatı yönümlü müxtəlif şirkətlərlə əlaqəsi ilbəil yaxşılışır. Bu isə ilk növbədə tərəflərin bir-birini yaxından tanımasını təmin edir və şirkət indidən gələcək kadrlarını müəyyənləşdirir.
ADAU-nun Aqronomluq fakültəsinin budəfəki qonağı "Azərsun Holding"in nəzdində olan Greentech MMC-nin nümayəndələri Rasif Əkbərov və Mustafa Kırçan olub. Fakültənin professor-müəllim, bakalavr, magistr, doktorant, eləcə də əvvəlki illərin məzunları ilə görüşən şirkət nümayəndələrinə aparılan işlərdən məlumat verilib. Şirkət nümayəndələri isə öz növbəsində hazırda fakültənin onlarda işləyən 15 nəfər məzununun iş qabiliyyətindən razılığını bildirib, onların gördüyü işlərdən danışıblar. Qeyd edilib ki, şirkətdə aparıcı mütəxəssislərin hamısı aqronomluq fakültəsini bitirən tələbələrdir.
Görüşdə sual-cavab aparılıb, şirkətdə boş olan yerlər üçün məzunlar və son kursun tələbələri cv-lər təqdim ediblər.
Görüşün sonunda ADAU-nun rektoru , AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov şirkətin universitetlə əlaqələrinin bu səviyyədə olmasından razılığını bildirib, qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini açıqlayıb.
Əlihüseyn ŞÜKÜROV
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















