Azərbaycan Dövlət Aqrar Universitetində iki günlük davam edən 8-ci beynəlxalq konfrans ərəfəsində universitetin yuxarı kurs tələbələri, magistr və doktorantları, həmçinin gənc müəllimləri üçün keçilən ustad dərsləri də aktuallığına görə maraqla qarşılanıb.
ADAU-nun mətbuat xidmətindən verilən məlumata görə ustad dərsini Tnmiryazev adına Rusiya Dövlət Aqrar Universitetinin
Bitki mühafizəsi laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor
Fevzi Cəlilov keçib. Dərs müddətində "Bakterial fitopatogenlərin müasir diaqnostikasınin metodları və onlardan mühafizə" dən danışılıb, tərəvəz bitkilərinin fitopatogenlərdən qorunmasından söhbət gedib. Bildirilib ki, bir çox
üsullarla yanaşı mübarizə məqsədi ilə bakteriofaqlardan da mühafizə məqsədilə də istifadə edilir və bu da müsbət nəticələr verir.
Aqronomluq fakültəsinin Bitkiçilik və bitki mühafizəsi kafedrasının müdiri dosent Qurban Məmmədov deyib ki, bu cür dərslər əslində dünya təcrübəsinin öyrənilməsi və müasir metodların təbii şəkildə işə tətbiqinə şərait yaradır.
Əlihüseyn ŞÜKÜROV
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































