Aqrar Universitetdə 8-ci Beynəlxalq elmi konfrans keçirilib

Aqrar Universitetdə 8-ci Beynəlxalq  elmi konfrans keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində "Aqrar elmin inkişafı, ərzaq təhlükəsizliyi,və ətraf mühitin mühafizəsində beynəlxalq əməkdaşlıq" mövzusunda 8-ci beynəlxalq elmi-praktik konfrans keçirilib.
ADAU-nun mətbuat xidmətinin məlumatına görə artıq təhsil müəssisəsində beynəlxalq elmi konfranslar ənənə şəklini alıb və bu dəfə keçirilən konfransda 16 ölkədən - Almaniya, Banqladeş, Bolqarıstan, Çexiya, Gürcüstan, Moldova, Özbəkistan, Polşa, Qazaxıstan, Qırğızıstan, Rumıniya, Rusiya Federasiyası, Tailand, Türkiyə, Ukrayna və Yunanıstandan 48 nəfər nümayəndə iştirak edib. Konfransa həmçinin Gürcüstanın kənd təsərrüfatı nazirinin müavini Yuri Nozadze, Rumıniya kənd təsərrüfatı nazirliyinin müşavirləri Georgata Musat, Basarabesu Liliana və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Bakı ofisinin rəhbəri Melek Çakmak, eləcə də respublikanın aparıcı ali təhsil və elmi-tədqiqat müəssisələrinin nümayəndələri qatılıblar.
ADAU-nun rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov mətbuata bildirib ki, konfransın əsas məqsədi aqrar elmin inkişafı, ərzaq təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsində respublikamızın və dünyanın aparıcı ali təhsil və elmi-tədqiqat müəssisələrinin tədqiqatçılarını bir araya gətirmək, əldə olunan elmi nailiyyətləri və təcrübələri bölüşmək, ortaq problemləri müzakirə etmək, onların həlli üçün tövsiyələr verməkdir.
2016-cı il Avropa gənclər paytaxtı Gəncənin Heydər Əliyev mərkəzində baş tutan konfransda isə İbrahim Cəfərov universitetin tarixi, bu günü və gələcək prespektivləri barədə danışıb. Deyib ki, ərzaq təhlükəsizliyi və ətraf mühitin mühafizəsində beynəlxalq əməkdaşlıq indi oldqca əhəmiyyətlidir.
Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov isə nazir Heydər Əsədovun təbriklərini konfrans iştirakçılarına çatdırıb, bu cür beynəlxalq tədbirlərin əhəmiyyətindən, respublikada aqrar sahəyə dövlət dəstəyindən, aqrar elm və təhsil sahəsinin qarşısında duran vəzifələrdən danışıb.
Plenar iclasda akademik Qərib Məmmədov, Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkbərov, Timiryazev adına Rusiya Dövlət Aqrar Universitetinin professoru Fevzi Cəlilov, Türkiyənin Namiq Kamal Universitetinin dosenti Orhan Şimşek, Toilandın Songkla Universitetinin dosenti Saraşuth Chesoh, Almaniyanın Qreifsavald universitetinin professoru Anja Salzer, ADAU-nun dosenti Vüqar Bəşirov və Urfan Tağıyev maraqlı məruzələr ediblər. Konfransa video bağlantı ilə qoşulan ABŞ-ın İllinoys universitetinin professoru Mohammad Babadost son illər universitetin əldə etdiyi nailiyyətlərdən, bitki mühafizəsi sahəsində aparılan tədqiqatlardan danışıb. Hazırda Kənd Təsərrüfatı nazirliyinin dəstəyi ilə 2 nəfərin, o cümlədən ADAU-nun bitkiçilik kafedrasının doktorantı Sahil Quliyevin İllinoys universitetində elmi-praktik təcrübə keçmələri haqqında məlumat verib və bu istiqamətdə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Plenar iclasın sonunda universitetlərarası əlaqələrin inkişafında xidmətlərinə görə Qazaxıstan Milli Aqrar Universitetin rektoru, akademik Tlektes Espolova və Timiryazev adına Rusiya Dövlət Aqrar Universitetinin professoru Fevzi Cəlilova ADAU-nun fəxri doktoru diplomları təqdim olunub.
16 elmi istiqamət üzrə 4 bölmədə keçirilən konfrans işini universitetin fakültələrində davam etdirib.
Aqrar universitetin mətbuat xidmətindən onu da bildiriblər ki, konfransın keçirildiyi günlərdə iştirakçılar təhsil müəssisəsinin tədris korpusları, son illərdə yaradılan maddi- texniki baza, o cümlədən qapalı və açıq balıq yetişdirmə, quşçuluq tədris mərkəzi, bildirçin yetişdirmə, bitki klinikası, istixanalar, torpaqşünaslıq və aqrokimya laboratoriyası, patoloji anatomiya muzeyi, müasir standartlara uyğun yeni təmir olunan mühəndislik korpusu, habelə yenicə istifadəyə verilə və 500-dən çox tələbənin yaşadığı yataqxana kompleksi ilə yaxından tanış olacaqlar.

Посмотреть увеличенное изображение
ƏLİHÜSEYN ŞÜKÜROV

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az