Ümumxalq səsverməsi (referendum) Masallıda mütəşəkkil keçdi

Ümumxalq səsverməsi (referendum) Masallıda mütəşəkkil keçdi

Masallılar 26 sentyabr ümumxalq səsverməsi (refendum) gününə böyük ruh yüksəkliyi və mütəşəkkilliklə hazırlaşmışdılar. Referendum bu gün səhər vaxtından yüksək əhval-ruhiyyə ilə keçir. Kənd və şəhər ərazilərində seçicilər əvvəlki illərdə olduğu kimi yenə də fəaldır. Hər yerdə adamlar dəstə-dəstə seçki məntəqələrinə axışırlar.
70 saylı Masallı şəhər DSK-nın sədri İlkin Hüseynov deyir ki, Prezidentin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı layihəsinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə 18 iyul 2016-cı il tarixli və "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında" 26 iyul 2016-cı il tarixli sərəncamları, ilk növbədə, dövlət hakimiyyətinin həyata keçirilməsində xalqın iştirak imkanlarının genişləndirilməsinə xidmət edir. Eyni zamanda bu sərəncamlar dövlət idarəçilik sisteminin inkişafına, insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli təminatlar sisteminin gücləndirilməsinə, konstitusion nizamlanmaya daha çox ehtiyac olan ictimai münasibətlərin tənzimlənməsinə və digər istiqamətlər üzrə təkmilləşdirilməyə misilsiz töhfədir.
İlkin müəllim bildirir ki, 43 seçki məntəqəsinin hamısında lazımi hazırlıq işləri əvvəlcədən görülüb. Dairə üzrə 39 min 628 seçici Vətənimizin rifahına, sabahımızın əmin-amanlığına səs verəcəkdir. 11 məntəqədə veb-kameralar quraşdırılmışdır. İlk dəfə səs verənlərin sayı 786 nəfərdir. 521 müşahidəçi qeydiyyatdan keçib.
1 nömrəli məntəqə seçki komissiyasının sədri Kamran Fətullayev dedi ki, məntəqədə veb-kameralar quraşdırılmışdır. Burada 1214 seçici səs verəcəkdir. Onlardan 27 nəfəri ilk dəfə səs verənlərdir. Burada da seçicilərin fəallığını müşahidə etdik.
Qasımlı kəndindəki 36 nömrəli seçki məntəqəsində seçicilər fəaldır. Hamı gülərüzlü, xoş ovqatlıdır. Bugünkü xoş günlər üçün dövlətimizə, ölkə rəhbəri cənab İlham Əliyevə minnətdardırlar.
Məntəqənin müdiri Surət Nuriyev suallarımızı cavablandırdı. Dedi ki, 1190 seçicimiz var.
Kənd ağsaqqalı Ələkbər Rufullayev bildirdi ki, Konstitusiyaya ediıən dəyişikliklər zamanın tələbidir.
Gənc seçici Azad Rzayev dedi:
-Bu dəyişikliklər ölkəmizin inkişafına, dövlətimizin qorunmasına hesablanmışdır.
38 nömrəli seçki məntəqəsində də olduq. Məntəqənin seçicisi təqaüddə olan müəllim Eyvaz Məcidov dedi:
- Azərbaycan demokratik inkişaf yolu seçmiş ölkə kimi insan amilini daim uca tutur və onun şəxsiyyətinin müdafiəsində dayanır. Bu baxımdan Konstitusiyanın 24-cü (İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi) maddəsinə təklif edilən əlavə və dəyişikliklər insan ləyaqətinin qorunmasını dövlətin ali məqsədlərindən biri kimi önə çəkir. Eyvaz müəllim seçkinin demokratik və şəffaf keçirdiyini bildirdi.
71 saylı Masallı kənd DSK-nın sədri İlkin Əzizov bildirir ki, referendum xalqın iradəsinin ifadəsidir. Seçkiqabağı təbliğat və təşviqat mərhələsində Azərbaycan ictimaiyyəti bir daha şahidi oldu ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin böyük qismi məhz ölkə vətəndaşlarının hüquq və azadlıqlarının daha da genişləndirilməsinə, qanuni mənafeyinin səmərəli təmin olunmasına, dövlətin idarəetmə funksiyalarının təkmilləşdirilməsinə yönəlmişdir. Bu əlavə və dəyişikliklər Azərbaycan dövlətinin insan və vətəndaş amilinə böyük həssaslıqla yanaşdığını və yüksək dəyər verdiyini bir daha təsdiqləyir.
Qeyd edək ki, dairə üzrə 42 seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərin ümumi sayı 34 min 67 nəfərdir. Seçicilərdən 100 yaşdan yuxarısı 3, 80-100 yaş arası 724 nəfərdir. Seçicilərdən 16 min 2 nəfəri kişi, 18 min 45 nəfəri qadındır. İlk dəfə səs verənlər 786 nəfərdir. Referendumla bağlı seçki komissiyalarına zəruri texnika və əyani vasitələr verilib. 497 nəfər müşahidəçi qeydiyyatdan keçib.
Seçki dairəsinin Ərkivan qəsəbəsində yerləşən 38 nömrəli seçki məntəqəsində də əsl coşğunluğun şahidi olduq. Məntəqənin müdiri Akif Ağayev deyir ki, 727 nəfər seçicimiz var. O, seçicilərdən şəhid atası Seyidağa Əliyev, 83 yaşlı Şərbət Əzimov, Alçagül Əzizovanı, Mirkərim Əliyev və 74 yaşlı Xanlar Xəlilovla bizi tanış edir. Onlar ailəlikcə - övladları, nəvələri ilə birlikdə səsvermədə iştirak edirlər. Şəhid atası Seyidağa Əliyev bugünkü xoş əhval-ruhiyyə və dolanışığa görə ölkə rəhbərinə təşəkkür edir.
Əlihüseyn ŞÜKÜROV

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az