Azərbaycan-Ermənistan təmas xəttində baş verən 4 günlük müharibə zamanı vətənə olan sədaqət və sevgisini öz canından üstün tutaraq şəhidlik zirvəsinə ucalan əsgər Firdovsi Bağırzadənin ailəsinə - anasına və bacısına təzə tikilən ev təqdim edilmişdir.
Firdovsi Bağırzadə 1996-cı ildə Masallı rayonunun Güllütəpə kəndində anadan olmuşdur. Atasını erkən itirmişdi. Bacısı ilə birlikdə anası Sehranənin himayəsində böyümüşdü. 2014-cü ildə tam orta təhsilini başa vuran Firdovsi Milli Ordumuzun sıralarında Qarabağ bölgəsində, ermənilərə qarşı təmas xəttində hərbi xidmətə başladı. 2016-cı ilin aprel ayında cəbhənin Tərtər rayonu istiqamətindəki təmas xəttində gedən gərgin döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Şəhidin nəşi Masallı rayon Güllütəpə kənd qəbiristanlığında torpağa tapşırılmışdır. 18 may 2016-cı il tarixdə Masallı rayonunun Güllütəpə kəndində şəhid Firdovsi Əliş oğlu Bağırzadənin 40 mərasimi keçirilmiş və şəhidin adına verilmiş küçənin açılışı olmuşdur. Bu münasibətlə keçirilən tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil İsrafil oğlu Hüseynov kəndin mərkəzi küçəsinə onun adı verilməsini bildirmiş və şəhidin adını bildirən küçənin barelyefini açmışdır. Tədbirdə Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin deputatları, hüquq mühafizə orqanları rəhbərləri, ağsaqqallar, ziyalılar, ictimaiyyət nümayəndələri və yüzlərlə sakin iştirak etmişdir.
24 sentyabr 2016-cı il tarixdə keçirilən mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil İsrafil oğlu Hüseynov olmaqla, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nəriman Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, YAP rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, tanınmış sahibkarlar, kənd sakinləri və yerli, regional və respublika KİV-nin nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Masallı rayon Güllütəpə kənd ərazi nümayəndəsi Əlövsət Muradov şəhid Firdovsi Əliş oğlu Bağırzadənin şərəfinə inşa edilmiş yaşayış evinə görə əməyi olan bütün insanlara təşəkkür etmiş, şəhidin ailəsi və kənd camaatı adından bu xeyirxah işə görə rayonun rəhbərinə təşəkkür etmişdir.
Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazisi Mirqiyas Ağa Təhməzov bildirmişdir ki, təzə ev qiymətli hədiyyədir. Şəhid ölməzdir, diridir.
Güllütəpə kənd ağsaqqalları adından Mirsahib Mütəllimov və ailəsi adından Ağamir İbrahimov danışaraq qeyd etmişlər ki, şəhidin ailəsinin ev şəraiti yaxşı vəziyətdə deyildi. Təzə ev bizim əzizlərə, ana-balaya yaxşı töhfədir.
Sonra Milli Məclisin deputatı Nəriman Əliyev çıxış etmişdir. O, bildirmişdir ki, üçüncü dəfədir ki, bu kəndə gəlirəm. Şəhidin hüzr mərasimində iştirak etmişəm. Bu gün isə ailəsinə təzə tikilən ev təhvil verilir. Firdovsi Vətən uğrunda, torpağını işğal altına salan nankor qonşunu fəth edən zaman kəlak olub. Xatərəsi həmişə əziz tutulacaq.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil İsrafil oğlu Hüseynov demişdir ki, Vətən müqəddəsdir. Onu qorumaq hamımızın müqəddəs borcudur. 2016-cı ilin aprel ayında cəbhənin Tərtər rayonu istiqamətindəki təmas xəttində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olan oğlumuz Firdovsi də bizim şərəfimizdir. Bu gün onun adına görə bura yığışmışıq. Eloğlumuzla fəxr edirik. Rayon rəhbəri təzə evin ərsəyə gəlməsində xidməti olan sahibkar Hacı Ramazan Mirzəyevə, binanın tikintisində çalışan inşaatçılara təşəkkür etdi. Qeyd etdi ki, Firdovsinin nişanlı bacısının toyu bu təzə evdə olacaqdır. Allah bizə şəhid verməkdə bir daha imtahan eləməsin. İndi güclü Ordumuz, onun Ali Baş Komandanı var. Cənab İlham Əliyevin hərbi sahədə apardığı işlər əvəzsizdir. Orduda möhkəm intizam var, müasir silahlanma dövlətçiliyimizi, qüdrətimizi artırır. Azərbaycan ən güclü dövlətə çevrilməkdədir.
Çıxış edənlər Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin bütün respublikamızda olduğu kimi Masallı rayonunda da Qarabağ şəhidlərinə diqqət və qayğısından danışmışlar.
İctimaiyyət nümayəndələrinin də iştirak etdiyi təqdimetmə mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil İsrafil oğlu Hüseynov iki mərtəbədən ibarət olan təzə evin açarını şəhidin anası Sehranəyə təqdim etmişdir. Təzə evə baxış keçirilmişdir. Otaqlar yaşayış üçün lazım olan bütün avadanlıqlarla təchiz olunub.
Qeyd edək ki, ikinci mərtəbədəki otaqlardan biri şəhidin xatirəsinə onun döyüş və həyat yolunu əks etdirən şəxsi, yadigar əşyalarla təmin olub.
Şəhidin anası Sehranə Prezident İlham Əliyevə, ölkənin birinci xanımı Mehriban Əliyevaya, şəxsən rayonun rəhbərinə onun ailəsinə göstərdikləri diqqət və qayğıya görə təşəkkürünü bildirib.
Axırda kənd məscidində şəhid Firdovsi Bağırzadənin ruhuna dualar oxunmuşdur.
Əlihüseyn Ş Ü K Ü R O V
MASALLI
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































