Masallı şəhərindəki "ASAN həyat" kompleksində Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) birgə təşkilatçılığı ilə "ASAN festival" keçirilib.
Tədbirin keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, onların intellektual inkişaf, savad və dünyagörüşlərinin artırılmasına kömək göstərməkdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin kompleksin "ASAN xidmət" mərkəzindəki büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
"ASAN festival"ın açılış mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil İsrafil oğlu HÜSEYNOV "ASAN xidmət" ailəsini salamlayaraq bildirib ki, bu gün rayonun tarixində əlamətdar bir hadisədir. Sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Masallı rayonuna növbəti səfəri zamanı "ASAN həyat" kompleksinin açılışında iştirak edib.
"ASAN həyat" mərkəzi tərəfindən kompleksdə ilk tədbirin-"ASAN festival"ın keçirildiyini vurğulayan R.Hüseynov tədbirin təşkilatçılarına minnətdarlığını bildirib, kollektivə ən xoş arzularını çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov tədbir iştirakçılarını festivalın keçirilməsi münasibətilə təbrik edərək "ASAN həyat" kompleksinin ilk dəfə Masallıda istifadəyə verilməsini ölkə başçısının rayon sakinlərinə böyük töhfəsi kimi dəyərləndirib.
Qeyd olunub ki, "ASAN həyat" kompleksi təkcə xidmət obyekti deyil, eyni zamanda, gənclərin istirahət və mədəniyyət mərkəzidir.
Diqqətə çatdırılıb ki, "ASAN həyat" kompleksi sentyabrın 20-də fəaliyyətə başlayacaq.
2013-cü ildə "ASAN xidmət" könüllüləri ilə Azərbaycan Prezidentinin görüşdüyünü, 2014-cü ildə isə Sabirabad şəhərində Könüllülərin Birinci Ümumrespublika Forumunun keçirildiyini bildirən İ.Kərimov ölkəmizdə fəaliyyət göstərən "ASAN xidmət" mərkəzlərində 8 mindən çox könüllünün olduğunu, Masallıda 60 nəfər könüllünün çalışdığını vurğulayıb.
Təhsil Nazirliyinin məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov çıxışında qeyd edib ki, Nazirlik bir çox sahələrdə "ASAN xidmət" mərkəzi ilə sıx əməkdaşlıq edir.
Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş Təhsilin İnkişafı Strategiyasında gənc nəslin dünyagörüşünün formalaşmasının, onların intellekt səviyyəsinin yüksəldilməsinin qarşıya qoyulan mühüm vəzifələrdən olduğunu qeyd edən V.Məmmədov "ASAN xidmət" mərkəzlərinin onların həyatında əhəmiyyətli rol oynadığını bildirib.
Əfqanıstan İslam Respublikasında fəaliyyət göstərəcək "ASAN xidmət" mərkəzinin direktoru Şahzad Ayrobi çıxışında qeyd edib ki, ölkəsi ilə Azərbaycan dövləti arasında imzalanmış Anlaşma Memorandumuna əsasən tezliklə Əfqanıstan vətəndaşları da dünyada Azərbaycan brendi olan bu xidmətdən yararlanacaqlar.
2015-ci ildə BMT tərəfindən "ASAN xidmət"in mükafatlandırılmasını təqdirəlayiq hal hesab edən əfqanıstanlı qonaq Masallı sakinlərini təbrik edərək onlara ən xoş arzularını çatdırıb.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra qonaqlar "ASAN həyat" kompleksində yaradılan şəraitlə yaxından tanış olublar.
Festival çərçivəsində "Azərbaycan İntellektual Klublar Assosiasiyası" İctimai Birliyinin təşkilatı dəstəyi ilə "ASAN intellektual" inkişaf mərkəzində Masallı şəhəri, Təzə Alvadı, Xıl, Çaxırlı, Şərəfə, Hişkədərə və Mahmudavar kəndlərindən olan 60-a yaxın məktəblinin iştirakı ilə "Masallı ASAN İntellektual Kuboku" uğrunda bilik yarışı keçirilib.
Yarışın yekun nəticələrinə görə Şərəfə kənd tam orta məktəbinin şagirdləri birinci yeri tutaraq kubok və medallarla mükafatlandırılıblar.
Sonra kompleksdəki Heydər Əliyev İncəsənət Məktəbində "Heydər Əliyev və Azərbaycan mədəniyyəti" mövzusunda tədbir keçirilib.
Bakıdakı Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə Mərkəzin nümayəndəsi Məhəbbət Mehdiyevanın mövzuyla bağlı məruzəsi dinlənilib.
Tədbirdə respublikanın tanınmış teatrşünası Məryəm Əlizadə Ulu Öndərin Azərbaycan teatrı, tarzən, Xalq Artisti Zamiq Əliyev böyük rəhbərin Azərbaycan musiqisinin inkişafındakı xidmətləri barədə çıxış ediblər.
Xalq Artisti Simarə İmanova ümummilli lider Heydər Əliyevin sevdiyi musiqi nömrələrini ifa edib.
Möhtəşəm bayram festivalı yerli və respublikanın tanınmış incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.
Əlihüseyn Şükürov
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































