Əzizlərim, may ayının 15-də illərdir oxucusu olduğum "Oxu Məni" qəzetinin redaksiyasında gözəl insan, qəzetin daimi oxucusu Rəşad Məhəmmədoğlu oxucuları bir yerə yığdı. Uzun illərdir redaksiyada keçirilən belə görüşlərə mən qatıla bilmirdim. Nəhayət ki, mən də bu görüşdə iştirak etdim və çox sevimli bir gün yaşadım. Bu görüş gününü heç unuda bilmirəm. Görüşdə iştirak edən gənc şairlər öz şeirlərini oxudular. Daimi oxucu Sərvər Kamranlı yazdığı "Bakı, sevgilimə yaxşı bax" şeirini xüsusi şövqlə oxudu. Daimi oxucu Rasim Tərtərli məhz bu görüşə qəhrəman Tərtər elindən gəlmişdir. Dəyərli yazar İsa Rəvan qələmilə qeydlər edərək oxucuların yeni fikirlərini soruşurdu. Bu görüşdə ilk dəfə olaraq İlqar Hüseynovla tanış oldum. Əvvəllər bu qəzetlə yaxından tanışlığı olmayan İlqar bəyə "Oxu Məni "-nin yeni sayını bağışladım. Oxuculardan Natəvan Uğurlu, Kəmalə Azəri, Məlahət Mikayılqızı, Şükufə Məmmədova, Fuad Biləsuvarlı, illər öncə oxucularla maraqlı rubrika ilə sual-cavab aparan Elşad Vəliyevlə və digər oxucularla görüşdüm. Bu görüş hamımıza maraqlı anlar yaşatdı. Şəkillərə görə Sərvər Kamranlıya sonsuz təşəkkürlər. Eyni zamanda "Oxu Məni " redaksiyasına - Emin Axundova, Natiq Qocamana və İsa Rəvana da sonsuz təşəkkürümü bildirirəm. Mən xoşbəxtəm ki, "Oxu Məni " var və hələ də bu qəzeti oxuyuram.
Sevgilərlə: Sizin Arif Səlimov
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































