Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı tərəfindən icra olunan Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətliliyinin Gücləndirilməsi Layihəsi (KTRQGL) çərçivəsində bitki sağlamlığı və fitosanitariya sisteminin təkmilləşdirilməsi sub-komponenti üzrə "Zərərverən orqanizmlərə qarşı inteqrə olunmuş mübarizə tədbirləri" (ZQİMT) mövzusunda fermerlər üçün təlimlərin keçirilməsinə Azərbaycan Dövlət Aqrar Universitetindən başlanılıb.
Dəyirmi masanın keçirilməsində əsas məqsəd təlimlərin səmərəli təşkili, ölkə üzrə bu sahədə fəaliyyət göstərən müvafiq qurumların və mütəxəssislərin potensialından tam faydalanmaqdır.
Dəyirmi masada Azərbaycan Dövlət Aqrar Universitetinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kreditlərin və Layihələrin İdarə Olunması üzrə Dövlət Xidmətinin, Dövlət Fitosanitar Nəzarət Xidmətinin (DFNX), Bitgi Mühafizə və Texniki Bitgilər üzrə Elmi Tədqiqat institutu (BMTBETİ), Elmi-Tədqiqat Əkinçilik, Elmi Tədqiqat Üzümçülük və Şərabçılıq, Elmi Tədqiqat Tərəvəzçilik institutlarının əməkdaşları, eləcə də bu istiqamətdə çalışan mütəxəssislər iştirak edib.
ADAU-nun rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov açılış nitqində zərər verən orqanizmlərə qarşı inteqrə olunmuş idarəetmə üsullarının mahiyyəti və əhəmiyyəti haqqında danışıb. DFNX-nin rəisi Camal Quluyev isə respublikada fitosanitar vəziyyət haqqında məlumat verib, qarşıda duran məsələlərdən söz açıb. Layihə direktoru Anar Əzimov və bitgi sağlamlığı üzrə mütəxəssis Cəfər Məhərrəmov layihənin məqsdini açıqlayıb, görüləcək tədbirlərdən danışıb.
Dəyirmi masa işini qarşılıqlı fikir mübadilələri və müzakirələrlə davam etdirib.
Əlihüseyn ŞÜKÜROV
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi



























.jpg)


















.jpg)

