Masallıda “Narkotiklərə Qarşı Təbliğat” layihəsi çərçivəsində tədbir keçirilmişdir

Masallıda “Narkotiklərə Qarşı Təbliğat” layihəsi çərçivəsində tədbir keçirilmişdir

Xəbər verdiyimiz kimi Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi "Sağlam cəmiyyətə doğru" layihəsinə start verib. Layihə Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Üç ay müddətində icra olunacaq layihə çərçivəsində vətəndaş cəmiyyətini proseslərə daha fəal cəlb etməklə Masallı, İsmayıllı, Balakən, Quba və Siyəzən rayonunda, Bakıda isə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Ali Neft Məktəbində gənclərin narkomaniya əleyhinə maariflənməsinin gücləndirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, layihənin iş planına uyğun ilk tədbirlərin keçirilməsi başlanıb. Belə ki,
22 yanvar 2016-cı il tarixdə saat 12:00-da isə Masallı şəhər Gənclər Mərkəzində də "Narkotiklərə Qarşı Təbliğat" İctimai Birliyinin təşkilatçılığı ilə "Sağlam cəmiyyətə doğru" layihəsi çərçivəsində tədbir keçirilib. Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin, aidiyyəti dövlət qurumlarının yerli şöbələrinin bu sahəyə məsul şəxsləri, Masallı Gənclər və İdman idarəsinin, QHT-lərin nümayəndələri, KİV əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək gənclərimizə qarşıda duran məsələlər barədə məlumat verərək bildirdi ki , bu bəlaya qarşı aparılan mübarizə metodlarından istifadə etməyin lazım olduğunu , bu sahədə ciddi addımların atılmasının , təbliğat işlərinin artırılmasının vacibliyini diqqətə çatdıraraq vurğuladı ki , narkomaniya insanları ölümə doğru gedən yola aparır və bu yolda insanlar təkcə özlərini deyil , onlara aid olan bütün nemətlərini itirildiyini deyən C.Manafov Bir daha bəşəriyyət üçün faciəyə çevrilən narkomaniyaya və digər zərərli vərdişlərə qarşı mübarizədə gənclərin fəal olmasının vacibliyini vurğuladı .
Tədbirdə Masallı Rayon polis şöbəsinin qərqrgah rəisi polis polkovnik-leytinantı Allahşükür Zahidov , narkotiklərə qarşı milli təbliğat ofisinin sədr müavini Leyla Yolçiyeva, Masallı rayon Mərkəzi Xəstəxanasını həkim-narkoloqu Nazim Rufullayev,
Masallı rayon Prokurorluğunun müstəntiqi Elvin Muxtarlı çıxış edərək bildirdilər ki , hazırkı mürəkkəb şəraitdə narkomaniyaya qarşı mübarizədə bütövlükdə cəmiyyətin , dövlətin , xalqın , nəhayət , hər bir şəxsin fərdi və birgə fəaliyyətinə , bu cür təhlükəli təzahürlərə qarşı barışmaz mövqeyinə və əməli köməyinə böyük ehtiyac vardır . Narkomanlıq da narkotiklərin qanunsuz dövriyyəsinin coğrafiyası kimi sərhəd tanımır . Bu dəhşətli xəstəlik dinindən , dilindən , irqindən , sosial vəziyyətindən , mənşəyindən , vəzifəsindən və s. asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir . Bu onunla izah oluna blər ki , narkomaniya öz-özlüyündə cinayətkarlığı , zorakılığı və korrupsiyanı yaradır , qazanılmış immun çatışmazlığı sindromunun sürətlə artmasına təkan verir , sosial-iqtisadi inkişafı ləngidir , ailələri dağıdır , bütövlükdə cəmiyyəti sosial partlayışlara sürükləyir . Təəssüflə qeyd olunmalıdır ki , narkomanlığın sarsıdıcı nəticələri Azərbaycandan da yan ötməyib . Narahatlıq doğuran hal gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının artmasıdır . Cəmiyyəti bu bəladan xilas etmək , yeni nəslin sağlam böyüməsi , gələcəyimiz olan gənclərin bu yoluxucu xəstəliyə tutulmalarının qarşısını almaq dövlətimizin başlıca vəzifələrindən biridir və dövlətimizin daimi nəzarətində olduğunu vurğuladılar .

Çıxış edənlər həmçinin Azərbaycan hökumətinin bu mübarizəyə böyük diqqət və marağını ifadə edərək vətəndaş cəmiyyətinin də proseslərə fəal cəlb olunmasının vacibliyini diqqətə çatdırıb. O bu sahədə görülən işlərə, aparılan tədbirlərə baxmayaraq, hələ də istənilən nəticənin alınmamasını təəssüf hissi ilə bildirib. Onun fikrincə, narkomaniyanın təkcə dövlətin deyil, eyni zamanda bütövlükdə cəmiyyətin problemi olması proseslərə QHT-nin, geniş ictimaiyyətin fəal qoşulmasını zəruri edir.
Ümumiyyətlə, mövzu ətrafında edilən çıxışlarda ümumbəşəri problem sayılan narkomaniya ilə mübarizədə bu gün Hökumət-QHT əməkdaşlığının daha da inkişaf etdirilməsinin, habelə narkomaniya ilə mübarizədə maarifləndirmə, təbliğat işlərinin daha da gücləndirilməsi baxımından bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyi iştirakçılar tərəfindən xüsusi olaraq qeyd olunub.
Masallı şəhər Gənclər Mərkəzində "Narkotiklərə Qarşı Təbliğat" İctimai Birliyinin təşkilatçılığı ilə "Sağlam cəmiyyətə doğru" layihəsi çərçivəsində tədbir tədbirin sonunda iştirakçılara bukletlər, təqvimlər , döş nişanları , papaq və köynək, disklər paylanılmışdır.
Əlihüseyn ŞÜKÜROV

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az