Azərbaycan Dövlət Aqrar Universiteti ilə Gəncə məktəblərinin buraxılış siniflərində oxuyan şagirdləri arasında tanıtım münasibətləri daha geniş miqyas alıb. Ölkənin yeganə aqrar təhsil müəssisənin ilbəil inkişafı, maddi-texniki bazasının gücləndirilməsi, yeni laboratoriyaların qurulması, tədrisdə şəffaflıq, tələbələrin sosial durumlarına qayğı, tədrislə təcrübənin paralel aparılması imkan verib ki, orta məktəb və universitet arasında əməkdaşlıq daha real əsaslar üzərində qurulsun və inkişafının yeni mərhələlərini təmin etsin.
Qeyd edək ki, Gəncə şəhərinin 5, 6, 4,1 saylı məktəblərinin şagird parlamentinin üzvləri, eləcə də sıravi şagirdlər peşəyönümü və ölkəmizdə aqrar sahəyə marağın artırılması məqsədilə Azərbaycan Dövlət Aqrar Universitetinin tədris korpuslarında olub, universitet haqqında geniş məlumat əldə ediblər. Onlara Universitetin tarixi, mövcud ixtisaslar, texniki təchizat, quşçuluq, balıqçılıq laboratoriyaları, bildirçin bəsləmə mərkəzi haqqında ətraflı məlumatlar verilib. Şagirdlər anatomiya və patoloji anatomiya muzeylərinə daha böyük maraq göstəriblər. Baytarlıq fakültəsindən başlanan ekskursiya İqtisadiyyat fakültəsində başa çatıb. Universitetdə keyfiyyətli təhsil üçün yaradılan ən müasir şərait hər bir şagirdin diqqətini çəkib.
Bu ekskursiyalar vasitəsilə orta təhsilin son pilləsində olan şagird həm də ixtisas seçimində müəyyənlik əldə edir, gələcəkdə özündə hansı təhsil müəssisənin tələbəsi olmaq qənaətini yaradır.
Əlihüseyn ŞÜKÜROV
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi



























.jpg)


















.jpg)

