Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin müəllim və tələbə kollektivi də Nardaranda baş verən hadisələrə münasibətlərini bildirib, mövqelərini nümayiş etdiriblər. "Azərbaycanda dini etiqad azadlığı tam təmin olunub" adlı tədbirdə deyilib ki, bu gün ölkədə dini dəyərlərə daha həssas yanaşılır, məscidlər tikilir və ya əsaslı şəkildə bərpa edilir, ziyarətgahlar ən müqəddəs məkan kimi qorunur. İslami dəyərlər zaman-zaman daha da kamilləşib və bərabərlik, birlik və humanizmin təsdiqinə çevrilib.
ADAU-nun mətbuat xidmətindən aldığımız xəbərə görə aqronomluq fakültəsinin dekanı Məhərrəm Hüseynov, Professor Bəhman Əliyev, Zaur Hümbətov, Azərbaycan tarixi, hüquq və fəlsəfə kafedrasının müəllimi Şəhla Məmmədova İslam dini adı altında radikallığın, terrorun, ekstremizmin yol verilməz olduğunu deyib, dini dəyərlərin insanın kamilləşməsində oynadığı roldan danışıblar. Qeyd edilib ki, əgər sovetlər birliyi zamanında Azərbaycanda 12 məscid var idisə indi bu məscidlərin sayı 2166-ya çatıb. Bununla yanaşı Azərbaycanda 13 kilsə, 7 sinaqoq da fəaliyyət göstərir. Əsas məsələ bu gün gəncliyi düzgün tərbiyə etmək, İslam dininin mahiyyətini onlara olduğu kimi təbliğ etməkdir.
Universitetin tədris işləri üzrə prorektoru Anar Hətəmov isə müsəlman dünyasında baş verən hadisələrin mahiyyətini açıb, yaxın Şərqdə baş verənlərin təhlilini aparıb və Azərbaycanda belə halların baş verməməsi üçün hər kəsi mövqe göstərməyə çağırıb. Bildirib ki, Nardaran hadisələri də radikal dindarların şər qüvvələrin təsiri altına düşməsindən baş verib.
Tədbirdə tələbələr daha fəal olub, baş verənlərə kəskin etirazını bildirib.
Əlihüseyn ŞÜKÜROV
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi



























.jpg)


















.jpg)

