AMEA-nın Genetik Ehtiyatlar İnstitutu ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında bağlanan müqavilə elmi dəyərlərə söykənərək uğurlu nəticələrə yol açır. Qarşılıqlı əməkdaşlığın əsasını institutun əməkdaşlarının Dövlət Aqrar Universitetinin auditoriyalarında günün tələbləri ilə səslənən mühazirələrin oxunması təşkil edir.
Bu barətə redaksiyamıza ADAU-nun mətbuat xidmətinin rəhbəri Qalib Rəhimli məlumat verib. Bildirib ki, İmmunogenetika şöbəsinin böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Eldar Mustafayev Genetik Ehtiyatlar İnstitutu ilə ADAU arasında bağlanan müqavilə əsasında tələbələr və müəllimlər qarşısında bir neçə mühazirə ilə çıxış edib. "Dənli-taxıl bitkilərində yayılmış viruslar", "Paxlalı bitkilərdə yayılmış virus xəstəlikləri", "Virus xəstəliklərinə davamlılığın öyrənilməsi", "Viruslar bitkilərin xəstəlik törədiciləridir" və "Virus xəstəliklərinin təyin edilməsi" mövzularını əhatə edən hər mühazirə diqqətlə dinlənilib, maraqlı fikir mübadilələri aparılıb, tələblərin çoxsaylı sualları cavablandırılıb. Mühazirələrin dolğunluğunu təmin etmək məqsədilə laboratoriyalarda sınaq işləri aparılıb, təcrübə sahələrində xəstəliyin əyani formaları göstərilib və müalicə metodları izah edilib.
3 gün davam edən mühazirə oxunuşunun sonunda kartof bitkisində yayılan virus xəstəliklərinin təyini mövzusunda təlim kursu, laborotoriyada analizlər keçirilib.
Nəzərə çatdıraq ki, bu mövzuda iş FAO-nun Kənd Təsərrüfatı Nazirliyi ilə birgə layihəsi çərçivəsində həyata keçirilir.
Əlihüseyn ŞÜKÜROV
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































