Qaya kimi sərt, çiçək kimi kövrək!...

Qaya kimi sərt, çiçək kimi kövrək!...
Bizim sevdiyimiz Qənirə xanım həm də çox dəyərli bir yazardır

( Xalqımın ziyalı xanımı, Millət vəkili, Qənirə xanım haqqında düşüncələrim...)

Əvvəla gəlin Qənirə xanımın tərcümeyi – halına bir nəzər salaq.

Qənirə Paşayeva 1975 – ci il martın 7- də Tovuz rayonunun Düz Qırıxlı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir.

1998- ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışmışdır. 2005 – ci illərdə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqədar departamentinin rəhbəri olmuşdur.

Azərbaycan Respublikası 3 (2005) v 4 ( 2010) çağırış Milli Məclisin deputatıdır. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlər arası əlaqələr komitəsinin üzvüdür.

Azərbaycan – Gürcüstan parlamentlər arası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan – Hindistan, Azərbaycan - Türkiyə , Azərbaycan – Yaponiya parlamentlər arası əlaqələr üzrə işçi qruplarının Avropa Şurası Parlament Assambleyasında Azərbaycan milli nümayəndə heyətinin üzvüdür.

30 sentyabr 2011 – ci il tarixində " İslahatçı Gənclər" İctimai Birliyi Qənirə Paşayevanı hər il ənənəvi olaraq təqdim etdiyi " Xəzər " Milli Mükafatının qaliblərindən biri elan edib.

"İslahatçı Gənclər" İctimai birliyi tərəfindən 2013 – cü ildə Azərbaycanda reallaşdırılan dövlət gənclər siyasətinə verdiyi dəstəyə və bu siyasətin təbliğindəki xidmətlərinə görə Qənirə Paşayevanı Fəxri diplomla təltif edib.

Qənirə xanım Gürcüstanın fəxri vətəndaşıdır. Subaydır, Firuzə adlı mənəvi bir qızı var.

Qənirə xanımı ilk dəfə televiziya ekranlarında görmüşəm. ANS televiziya şirkətinin xəbərlər proqramında çıxışlarını həmişə səbirsizliklə gözləmişəm. Çünki Qənirə xanımın bir reportyor kimi öz dəsti – xətti vardı. Dinlədikcə dinləmək istəyirdim. Bir çox həmkarlarının həsəd apara biləcəyi keyfiyyətləri onu biz tamaşaçılara daha çox sevdirirdi.

Sonra onu bir müddət televiziya ekranlarında görmədim. Bəlkə hər gün xəbərlər proqramında ağzından "od püskürən " bu xanımın enerjisi tükənmişdi?!.

Narahatçılığa əsas yoxmuş. Qənirə xanım ölkəmizin ictimai- siyasi həyatında xeyirxah missiyaları ilə tanınan Heydər Əliyev fonduna məsul vəzifəyə irəli çəkilmişdi...

Yenə ölkənin ictimai –siyasi həyatında baş verən hadisələrin önündə olmaq, qaynar bir həyat yaşamaq. Sanki bu , onun taleyinə yazılmış, alın yazısıdır.

2005 – ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə doğulub- boya – başa çatdığı Tovuz rayonunun seçiciləri onu Millət vəkili seçdilər.

Zaman göstərdi ki, seçiciləri səhv etməyiblər. Qənirə xanım həmişə öz seçicilərinin yanında olan, onların " qayğıları" ilə yaşayan bir Millət vəkili idi.

Məhz buna görə də növbəti seçkidə də seçiciləri Qənirə Paşayevanı öz deputatları görmək istədilər.

Bu gün respublikamızda seçilib- sayılan ictimai – siyasi xadimlərdən olan Qənirə xanım Paşayeva qaynar bir həyat yaşayır. Yenə də Milli Məclisin plenar iclaslarında, beynəlxalq tədbirlərdə Qənirə xanımı ön sıralarda görürük.

Bizim sevdiyimiz Qənirə xanım həm də çox dəyərli bir yazardır.

Ən çox özü demişkən, " ... gördüklərindən, oxuduqlarından, öyrəndiklərindən, tanıdıqlarından, bir də yazdıqlarından yazır..."

Qənirə xanımın öz fikridir." Elə insanlar var ki, onlar bizə kitablardan daha çox şey öyrədirlər. Həm də daha qısa bir zamanda..."

Son illər Qənirə xanım Paşayevanın bir-birinin ardınca oxucularına təqdim etdiyi " Səndən sonra...", " Məndən sonra...", " Hesab vaxtı...", " O" kitabları onun bütün pərəstişkarlarının stolüstü kitablarıdır.

Bu kitablarda toplanmış və Qənirə xanımın qələmə aldığı bütün yazılarda onun ürək döyüntüləri, fəlsəfi düşüncələri və əsl vətəndaş münasibəti öz əksini tapıb.

" Hesab vaxtı" kitabındakı bu sətirlər diqqətimi çəkir: " ...Dünyada hər şeyin də yerini bilmək çox önəmlidir... İnsanın da...

Nə artıq, nə əskik dəyər verməlisən...Dəyərindən aşağı qiymət vermək haqsızlıqdı...

Dəyərindən daha çox qiymət vermək isə özündənrazılıq, özünə vurğunluq..."

Qənirə xanım alovlu bir ürək sahibi, vətəninə, yurduna, ulu torpağına, qəlbən bağlı əsl vətənpərvərdir.

Hamımız kimi onu da Qarabağ dərdi , işğal altında olan torpaqlarımız daha çox sıxır.

Şerlərinin birində belə yazır:

Sənsiz ölsəm...

Bağışlama məni...

Qəbrim səndə qazılmasa...

Adım Şuşa qalasına yazılmasa,

Bağışlama, bağışlama, məni...

Bu, Qənirə xanımın içindən gələn haraydır.

Aslanın erkəyi, dişisi, olmaz. Bu el məsəlini təsadüfi xatırlamadım. Bizə yaşadığımız bu günlərdə Qənirə xanım kimi, ürəyi vətən eşqi ilə döyünən , Həcər , Nigar qeyrətli igid xanımlar daha çox lazımdır.

Əziz bacımız Qənirə xanımı növbəti dəfə seçkilərdə qazandığı qələbəyə görə, növbəti dəfə Tovuz rayonunun Millət vəkili seçildiyinə görə ailəmiz adından səmimi qəlbdən təbrik edirəm. Uğurlarınız bol olsun! Yüz yaşa, Qənirə xanım!..

Məqaləmi əziz Millət vəkilimiz Qənirə xanım haqda yazdığım şerlə bitirmək istəyirəm.

Yaxşılıq əlini çəkmə əlimdən,

Yenə də ən yaxşı əməlləri yap.

Xeyirxah işlərlə məşğul ol yenə,

Harda kimsəsiz var sən axtarıb tap.

Sənə güvənirik millət vəkili!

Bu elin, millətin güvənc yerisən.

Tanrı tərəfindən çəkilib şəklin,

Lap səcdə qıldığım ocaq, pirimsən.

Tovuzda doğulub, böyüsən də sən,

Bütöv Azərbaycan qızısan, qızı.

Halaldır anadan əmdiyin o süd,

Bir kəsin yollarda qoymadın gözün.

Vətənlə səslənir adınız qoşa,

Vətənə Tomirislər qədər yaxınsan.

Bu xalqın hamısı bacın- qardaşın,

Deməli hamıya doğma, qohumsan.

Sevir səni bütün şərqi Asiya,

Cahanı dolaşdi şöhrətin, şanın.

Üçrəngli bayrağı basıb sinənə,

Göylərə yüksəltdin Azərbaycanı.

Zəfərlər, uğurlar sənindir, sənin,

Hara gedirsənsə sənə yaxşı yol.

Sən ki, bu milləti qoymursan darda,

Qarşında baş əyib deyirəm " sağ ol"!

Fuad Biləsuvarlı

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az