ÜAK Saxalin vilayət regional bölməsinin sədri Rusiya Xalqlar Assambleyasının üzvü seçilib.

ÜAK Saxalin vilayət regional bölməsinin sədri  Rusiya Xalqlar Assambleyasının üzvü seçilib.

SAXALIN, RF. "Ümumrusiya Azərbaycan Konqresi" (ÜAK) İctimai Təşkilatının Murmansk regional bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) mətbuat katibi Əlihüseyn Şükürovun verdiyi xəbərə görə Rusiya Federasiyasının Saxalin vilayəti üzrə regional bölməsinin sədri Nazir Hətəmov regionda Rusiya Xalqlar Assambleyasının üzvü seçilib.
Qeyd edək ki, bu barədə bu gün RF Cənubi Saxalin şəhərində keçirilən Rusiya Xalqlar Assambleyasının toplantısında qərar qəbul olunub.
Məlumat üçün bildirək ki, N. Hətəmov 1976-cı il iyulun 10-da Azərbaycanın Laçın rayonunun Danbulaq kəndində dünyaya göz açşışdır.
Nazir Hətəmov 1996-cı ildən 2012-ci ilədək Rusiya Silahlı Qüvvələrində xidmətdə olub. Onu da bildirək ki, o, Saxalin vilayətinin Hərbi Komissarlıq xidmətinin rəisi kimi postda yüksək vəzifəsində çalışıb. Həmvətənlimiz 2012-c il dekabr ayının 1-dən ehtiyata buraxılıb. Ehtiyatda olan kapitandır. Nəzir müəllim şəxsi sahibkar olmaqla bərabər fəal diaspor fəaliyyəti ilə məşğuldur.2013-cü ilin iyun ayından "Ümumrusiya Azərbaycan Konqresi" (ÜAK) İctimai Təşkilatının Saxalin vilayəti üzrə regional bölməsinin sədri kimi ictimai işlə məşğuldur.
Həmvətənlimizə yeni uğurlar arzu edirik!

Əlihüseyn ŞÜKÜROV,
ÜAK və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Murmansk regional şöbəsinin mətbuat katibi.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az