Tanınımış jurnalist Etibar Babayevin "Düz söz əyri qulağa necə girər?" yeni kitabı çapdan çıxıb.
Qeyd edək ki, Etibar Babayev 1950 - ci il dekabrın 15 -də Bakı şəhərində anadan olmuşdur.
1968 -ci ildə orta məktəbi, 1973 -cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib. Politoloq ixtisası ilə ikinci ali təhsilini Bakı Ali Partiya məktəbində alıb.
Əmək fəaliyyətinə 1971 -ci ildən Azərbaycan Teleradio verilişləri Komitəsinin redaksiyaları ilə əməkdaşlıqla başlayıb. "Tələbə klubu", "Yeddinci qitə", "Sözlü-nəğməli İstanbul", "Kanal-6 təqdim edir" kimi populyar verilişlərin müəllifi və aparıcısı olaraq tamaşaçıların rəğbətini qazanıb. Etibar Babayev Azərbaycan Komsomolu Mərkəzi Komitəsində təlimatçı, daha sonra təbliğat və mədəni kütləvi işlər şöbəsinin müdiri ( 1975 - 1979 ), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi]ndə mədəniyyət şöbəsində təlimatçı ( 1979 - 1981 ), 1981 - 1988 -ci illərdə Bakı şəhər Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri ( 1981 - 1988 ) kimi məsul vəzifələrdə çalışıb. 1981 - 1989 -cu illərdə dörd çağırış Bakı Şəhər Sovetinin deputatı seçilib. 1989 - 1992 -ci illərdə " Azərbaycantelefilm "in direktoru, Azərbaycan Dövlət Teleradio şirkətinin sədr müavini vəzifəsində işləyib. 1993 - 2001 -ci illərdə Bakı İcra Hakimiyyətində məsul vəzifələr daşıyıb. 2001 - 2006 -cı illərdə " Space " müstəqil teleradio şirkətinin prezidenti olub.
Sənətşünaslıq namizədi E.Babayev həm də elmi-pedaqoji fəaliyyətlə məşğuldur. 2001-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti|İncəsənət və Mədəniyyət Universitetində, daha sonra Bakı Slavyan Universitetind ə dərs deyir. 2009-cu ildən dosent E.Babayev jurnalistika kafedrasının müdiridir. 2010-cü ilin iyul ayında Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətində yeni yaradılan Teleradio Akademiyasına rektor təyin edilib.
Etibar Adil oğlu Babayev Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar Şurasının, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının, Teatr Xadimləri İttifaqı və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Azərbaycan Reklamçılar İttifaqının vitse-prezidentidir.
Müxtəlif illərdə " Hacı Zeynalabdin Tağıyev " milli mükafata, Jurnalistlərin "Qızıl qələm" mükafatına, Yusif Məmmədəliyev medalına, müxtəlif Fəxri Fərmanlara və Diplomlara layiq görülüb.
Heç bir siyasi partiyanın üzvü deyil.
E.Babayev ABŞ , İngiltərə , Rusiya , Fransa , İspaniya , Belçika , Hollandiya , Almaniya , Macarıstan , Avstriya , Rumıniya , Polşa , Türkiyə , Seneqal , Misir , Vyetnam , Kuba , Çin Xalq Respublikası , İran , İsveç , İsveçrə və digər ölkələrə xidməti səfər edib, görkəmli ictimai-siyasi xadimlərlə, elm, sənət aləminin, iş dünyasının tanınmış simaları ilə görüşüb, onlardan eksklüziv müsahibələr alıb. Xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə, forumlarda rəsmi nümayəndə heyətləri tərkibində iştirak edib. Azərbaycanda və xarici ölkələrdə dərc olunan çoxsaylı publisistik yazıların, elmi məqalələrin, "Bu da bir imtahandır", "Yalana heykəl", "Düz söz əyri qulağa necə girər?" adlı kitabların, "Sağalmaz yara", "Birincilər", "Bir millət, iki dövlət", "Zirvə", "Çiçək yağışı" kimi televiziya ekranlarında dəfələrlə göstərilən sənədli filmlərin müəllifidir.
Etibar müəllimə yeni yaradıcılıq uğurları arzu edirik!
Əlihüseyn ŞÜKÜROV
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü





















































