MASALLI. Ölkəmizin cənub bölgəsinin mirvarisi, turizm mərkəzi sayılan Masallı rayonunun icra hakimiyyəti ilə Türkiyə Respublikası Afyonkarahisar vilayətinin Sandıklı bələdiyyəsi arasında "Qardaşlıq sazişi protokolu" nun imzalanma məqsədilə keçən ilin oktyabrın 29-31-də mərasim baş tutub. Bu məqsədlə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun rəhbərliyi ilə bir qrup nümayəndə heyəti qardaş ölkədə səfərdə olub.
Qeyd edək ki, məşhur Sandıklı termal mərkəzi dünyanın tanınan sağlamlıq turizmi məkanıdır. Mahalla tanışlıq qonaqlarda zəngin təəssürat yaradıb. Tərəflər Masallı şəhəri ilə Sandıklı şəhəri arasında qardaşlaşma sazişi imzalanıb.Səfər zamanı Afyonhisar şəhərinin Sandıklı bələdiyyəsi ilə Masallı Rayon İcra Hakimiyyəti arasında qarşılıqlı fayda prinsipləri əsasında iqtisadi, sənaye, ticarət, mədəniyyət, təhsil, idman və sair sahələrdə birgə geniş fəaliyyət göstərmək, təcrübə mübadilələri aparmaq məramı ifadə edilib.Və bu dostluq telləri qardaşlığa çevrilib. İndi də Sandıklı bələdiyyəsinin fəalları təşrif buyurub. Elə dünən, 7 iyunda icra hakimiyyətində gələn qonaqları öz dəstəsi ilə səmimi qarşılayan Masallı Rayon İcra Hakimiyyətinin rəsmisi Nəsir Muxtarlı qonaqlara Masallı RİH Başçısı cənab Rafil Hüseynovun salamlarını çatdırdı. Türkiyəli qonaqlar - Sandıklıda Mədəniyyət dərnəyi rəhbəri Əhmət Nayan, iş adamları Kadir və Özen və Zeki qardaşları bundan məmnun oldular və onlar da öz növbəsində Sandıklı rəsmilərinin qarşılıqlı salamını bildirdilər. Son üç ildə rayonda və onun kəndlərində görülən işlərdən danışan N.Muxtarlı həmçinin bunu əyani göstərməyi məqsədyönlü hesab etdi. Qonaqlarla birlikdə əvvəlcə H.Əliyev parkına gəldik. Ümummilli liderin abidəsini ziyarət etdik. H.Əliyev muzeyində Türkiyəli qonaqlara mərkəzi barədə məlumat verildi. Mərkəzdə yaradılan dənəklər, ingilis dili kursu böyük maraqla qarşılandı. Qonaqların diqqətinə çatdırıldı ki, mərkəz ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində istifadəyə verilib. Muzeydə toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. İki mərtəbədən ibarət binada böyük liderin həyat yolu, barəsində maraqlı faktlar, foto və videomateriallar vasitəsilə təqdim olunur. Ziyarətçilərə ümummilli lider Heydər Əliyevin 1923-cü ildən 2003-cü ilədək ömür yolu ilə yanaşı müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələr barədə məlumatlar çatdırılır. Mərkəzdə yaradılan "Masallı" , "Veteranlar", "Həcər", "Halay" sərgisi barədə də qonaqlara məlumat verildi. Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz təbii sərvətlərini, çoxəsrlik tarixini, mədəni irsini əks etdirən nadir eksponatlar nümayiş olunur. Sərgidə qədim sənətlərin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri yer alıb, həsir, bardaq, mis məmulatlar, saxsı nehrə, səhəng, kuzə qablar xüsusi maraq doğurur. Muzeydə nümayiş etdirilən dahi azərbaycanlının uşaqlıq və gənclık illəri, orta və ali məktəblərdə aldığı qiymət cədvəli, gəzdirdiyi şəxsi əşyaları, 1969-cu ildən 2003-cü ilədək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillər də qonaqların marağına səbəb oldu. Qonaqlar Mərkəzin zalında 2012-ci iuin 6-10 sentyabrında və 2013-cü ilin 12-15 iyununda Beynəlxalq folklor festivalına ev sahibliyi etməsi barədə foto-şəkillərlə, canlı meşə heyvanlarının müqəvvası ilə, coğrafiyası və florası barədə bilgi əldə etdilər.
Park və ətrafında görülən işlərdən də geniş tanışlıq yarandı.Yeni tikilən üçmərtəbəli Masallı Tarix-Diyarşünaslıq Muzeyinə baxış oldu. Bildirildi ki, rayonun tarixi və memarlıq abidələri çoxdur və qədimdir. Masallı tarixinin güzgüsü 1952-ci ildən rayonun Hişkədərə kəndində fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyidir. Muzeyin palentologiya, etnoqrafiya, numizmatika, arxeologiya şöbələrində 19 mindən çox qiymətli eksponat toplanmışdır. Rayonun Ərkivan, Hişkədərə, Boradigah, Tatyan, Hacıtəpə, Şəhriyar, Xırmandalı, Mahmudavar, Bambaşı, Çaxırlı, Ərəb, Qızılağac,Qəriblər, Öncəqala, Köhnə Alvadı kəndlərinin yaxınlığında qədim şəhər, qala kurqanı, türbə məqbərə yerləri aşkar edilmişdir.Bu ərazilərdən tunc, dəmir, antik və orta əsrlər dövrünə aid xeyli miqdarda maddi-mədəniyyət nümunələri toplanmışdır. Bütün bunlar Masallı (Hişkədərə) Tarix-Diyarşünaslıq muzeyində mühafizə olunur. Muzeyin yaradıcısı mərhum əməkdar müəllim Rəhim Tağıyev olmuşdur.
Rayon ərazisi 168 qədim, sirli abidələr, qalalar, saraylar, ziyarətgahlar, hamamlar, bulaqlar, məskənidir. Bunlardan 51-i tarix və memarlıq, 70-i arxeloji, qalanları isə XX əsr abidələridir. Rayonda xeyli sayda tarixi və memarlıq incəsənət abidələri mövcuddur.
Sandıklıda Mədəniyyət dərnəyi rəhbəri Əhmət Nayan, iş adamları Kadir və Özen və Zeki qardaşları sonra Masallı regional Taekvando və boks mərkəzində oldu, burdakı şəraitlə tanış oldular. Masallı Olimpiya kompleksi türkiyəli nümayəndə heyətində daha xoş təəssürat yaratdı, heyrətini gizlədə bilmədi.
Rayon Mədəniyyət və turizm şöbəsində söhbət çay süfrəsi arxasında davam etdirildi. Müdir Lətifə Mövsümova söylədi ki, bu müəsissə 1946-cı ildə yaranmışdır. Əvəllər mədəni-maarif şöbəsi, 1953-cü ildən Mədəniyyət şöbəsi, 2006-cı ildən isə Mədəniyyət və truzm şöbəsi adlandırılmışdır. Hal-hazırda rayonda 43 klub müəsisəsi, o cümlədən 1 rayon, 14 kənd mədəniyyət evi, 28 kənd klubu , 1 rayon mərkəzi kitabxanası onun 52 kənd filialı, 1 uşaq incəsənət məktəbi, Heydər Əliyev mərkəzi, tarix diyarşunaslıq muzeyi, Rəsm qalereyası, 168 tarix və Mədəniyyət abidələri, 28 turist obyekti faliyyət göstərir. Rayonun kulub müəsisələrində 114 bədii özfəaliyyət kollektivi faliyyt göstərir ki, bura 2895 nəfər həvəskar cəlb edilmişdir. Həmin kollektivlərdən ikisi xalq kollektivi adının daşıyır. Bunlar rayon mədəniyyət evinin xalq teatırı və Mahmudavar kənd mədəniyyət evinin "Halay" foklor mahnı və rəqs kollektividir və 50 ildən coxdur ki, faliyyət göstərir, dünyanın 30-dan cox ölkəsində Azərbaycanı uğurla təmsil etmişdir. Rayonda ilk kitabxana Muzdurlar komitəsinin qərarı ilə 1924-cü ildə şəhər ərazisində yaradılmışdır. Muzdurlar komitəsinin üzvlərindən Abı Mirzəyev, Qulamhüseyn Məmmədov, Həsənağa Kərimovun təşəbbüsü ilə ayrı-ayrlı adamlardan toplanmış 250 nüsxə kitabı olan kitabxana kiçik bir otaqda yerləşdirilmişdir. 1978-ci ildə rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılmışdır. Masallı rayon MKS-nin tərkibində 1 mərkəzi, 1 uşaq, 3 şəhər və 47 kənd kitabxana filiallar fəaliyyət göstərir.
Sandıklıda Mədəniyyət dərnəyi rəhbəri Əhmət Nayan, iş adamları Kadir, Özen və Zeki qardaşlarından Masallı haqqında fikrini öyrəndim və onların ürəkdən, qəlbdən gələn sözü gözlərindən oxundu, əsl Masallı qardaşlığından, qonaqpərvərliyindən xəbər verdi...
Əlihüseyn ŞÜKÜROV.
Azərbaycan Jurnalistlər Birliyinin və RF Jurnalistlər İttifaqının üzvü
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü





















































