Xəbər verdiyimiz kimi 21 may 2015-ci il tarixdə YAP (Yeni Azərbaycan Partiyası) Masallı rayon təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının Masallı rayonundan olan partiya veteranları ilə şəhərin Heydər Əliyev parkında yerləşən "Ağsaqqallar evində" rayon rəhbərliyinin də iştirakı ilə görüş keçirilmişdir.
Qeyd edək ki, bu mühüm tədbir 19 may 2015-ci ildə Bakı şəhərində baş vermiş yanğın faciəsinin qurbanlarını bir dəqiqəlik anım sükutu ilə başladı.
Sonra görüşdə iştirak edən veteranları salamlayan Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov rəhbərlik etdiyi dövrdə (Rafil İsrafil oğlu Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 aprel 2012-ci il tarixli sərəncamı ilə Masallı rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur) rayonda görülmüş tikinti-quruculuq işlərindən söz açdı. Hal-hazırda rayonda gedən abadlıq və yenidənqurma işləri barədə geniş məlumat verdi. Hər zaman ağsaqqal sözünə, ağsaqqal nəsihətinə böyük önəm verdiyini vurğulayan Rafil Hüseynov bu keçən səmərəli vaxt zamanında ona rayonun işlərində köməklik etmiş bütün veteranlara, ağsaqqallara öz təşəkkürünü bildirdi və onlardan bundan sonra da qarşıya çıxacaq müəyyən problemlərin həllində rayon rəhbərliyinə öz dəstəklərini göstərmələrini istədi. Öz nitqinin rayon ağsaqqalları qarşısında sanki bir hesabat adlandıran Rafil Hüseynov bundan sonra da rayonun daha da inkişaf etməsi üçün var qüvvəsi ilə çalışacağına söz verdi.
Görüşdə iştirak edən YAP veteranı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Şirvan Əbilov YAP Masallı rayon təşkilatının yaranma tarixindən söz açdı.
Tədbirdə iştirak edən Böyük Vətən müharibəsi veteranı, Lenin ordenli, eyni zamanda YAP veteranı olan Atabala Hacıyev YAP-ın yaradıcısı və qurucusu Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində oynadığı roldan danışdı.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Məmmədhüseyn Həsənov, YAP veteranı Rafiq Bağırov da Azərbaycanda, xüsusilə də Masallıda görülən son quruculuq işlərindən, Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrdən, Bakıda keçiriləcək I Avropa Oyunlarından söz açdılar və bütün bu işlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müstəsna xidmətlərini vurğuladılar.
Səmimi çay süfrəsi ətrafında davam edən üç saatlıq görüşün sonunda YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bütün tədbir iştirakçılarına təşəkkürünü bildirdi və xüsusilə dəyərli vaxtını sərf edərək YAP veteranları ilə görüşə gəlmiş Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynova öz adından və bütün YAP veteranları adından minnətdarlıq etdi.
Qeyd edək ki, tədbirin sonunda rayon rəhbərliyi ilə YAP veteranları xatirə şəkli çəkdirdi.
Əlihüseyn ŞÜKÜROV
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü





















































