Həmyerlimiz Elvira Əliyeva “Materinskaya slava” Fəxri nişanı ilə təltif olunmuşdur

Həmyerlimiz Elvira Əliyeva  “Materinskaya slava” Fəxri nişanı ilə təltif olunmuşdur

Rusiyanın Murmansk şəhərində, S.M.Kirov adına mədəniyyət və xalq yaradıcılığı sarayında çoxuçaqlı analarla görüş keçirilmişdir.

"Materinskaya slava" Fəxri nişanının, Murmansk vilayəti Qubernatorunun xatirə təbriknaməsinin təqdimatı, müxtəlif bələdiyyələrin ən yaxşı ailələrinin alqışlanması əlamətdar hadisələri olmuşdur.
Bildiririk ki, bu il Murmanskın "Materinskaya slava" Fəxri nişanına Murmansk şəhərində yaşayan həmyerlimiz Elvira Əliyeva da layiq görülmüşdür. Əliyevlər ailəsinin 4 övladı vardır.
Ailə bayramında "Materinskaya slava" nişanına Elvira Əliyevadan başqa 3 ailə də bu ada layiq görülmüşdür. Mükafatı RF Murmansk vilayətinin Qubernatoru Marina Vasilyevna Kovtun təqdim etmişdir.
Daha bir neçə ailəyə Murmansk Qubernatorunun Fəxri təbriknaməsi də verilmişdir.
RF Murmansk vilayətinin Qubernatoru Marina Kovtun demişdir ki, vilayətimizdə yaxşı ailələr çoxdur. Valideyn borcunuzu layiqincə yerinə yetirdiyiniz üçün sizə təşəkkürümü bildirirəm. Övladlarınız da sizi sevindirirlər. Deməli, onlar gələcəkdə əsil vətəndaş olacaqlar və biz onlara güvənə biləcəyik.
Qubernator vurğulamışdır ki, hər il Murmansk vilayətində minlərlə yeni ailə qurulur. Eyni zamanda, boşanmaların sayı azalır, çoxuşaqlı ailələrin sayı isə artır. Çoxuşaqlı ailələr sırasına bu il 938 ailə daxil olmuşdur. Bu müsbət meyllər həm də Murmansk vilayəti hökumətinin sosial siyasətinin nəticəsidir. Məsələn, son illərdə çoxuşaqlı ailələrə pulsuz torpaq sahələrinin verilməsi barədə qanun qəbul edilmişdir, regional ana kapitalı ödənilir və s. M.Kovtun daha sonra demişdir ki, bu, olduqca vacibdir, çünki xoşbəxt uşaqlar və xoşbəxt ailələr cəmiyyətimizin təməlidir.
Qeyd edək ki, Elvira Xanhüseyn qızı əslən Çaxırlı kəndindəndir. Kənddə orta məktəbi bitirmiş, əslən bədəlanlı Tariyellə ailə həyatı qurmuş, həyat yoldaşını isti qucaq qurduğu Şimal gözəli, marallar məskəni Murmansk şəhərinə gətirmişdir. Cavan ailə burada məskunlaşmış, yerli mühitə alışmş, səadət tapmaqda, xoşbəxt olmaqda həyat çətinliklərinə birgə tab gətirmişlər. Sonra Elvira burada ali təhsil almış, indi hüquqşünas kimi çalışır.
O, Tariyel müəllimlə əsl xoşbəxt günlər yaşayır. Elə əslində bu xoşbəxtliyi Elviraya Tariyel bəxş edib. O, burada qalmağı qərara almışdır. Tariyel Əliyev Bədəlanda kənd məktəbində, sonra 5 nömrəli Bakı kimya-biologiya təmayülündə təhsil alıb. Üç dəfə ali təhsil hüququ vardır: Bakı Dövlət Universitetinin tətbiqi - riyaziyyat fakültəsini, RF Prezidenti yanında Ali İdarəçilik Akademiyasını və s. bitirmişdir. İctimai işlərdə birincidir. Ümumrusiya Azərbaycanlılar Konqresinin Murmansk regional bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyinin yaradıldığı ilk gündən Azərbaycan diasporunun işində fəal iştirak edir. 100-dən çox millətin nümayəndəsinin yaşadığı vilayətin rəhbərliyi çoxsaylı diasporlardan biri olan Azərbaycan diasporunun diyarın iqtisadi və sosial inkişafına töhfəsini yüksək qiymətləndirir.
Böyük və geniş əhatəli "Boston" şirkətinin Baş direktorudur. Buradakı ziyalı və yaradıcı insanların kitablarının çap olunmasında xeyirxahlıq nümunəsi göstərir. Övladlarını əsl azərbaycanlı kimi tərbiyə edir, onların təhsilində maraqlıdır. Qızı hüquqşünasdır; hüquq elmləri namizədidir. Bir oğlu şəhərdəki dövlət texniki universitetini bitirmişdir.
Həyat yollarında nümunəvi ailəyə uğurlar arzu edirik. Həyat həmişə üzünüzə gülsün hörmətli, izzətli həmvətənlərimiz, əziz masallılar!

Əlihüseyn Şükürov

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az