Masallı rayonunda 28 May Resbublika Gününə həsr olunm uş "Nə? Harada? Nə zaman" intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilmişdir.
19 may 2015 -ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Masallı rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində " 28 May Respublika Günü" nə həsr olunmuş 14-29 yaşlı gənclər və Masallı rayon orta ümumtəhsil məktəblərinin IX – X - XI sinif şagirdləri arasında "Nə? Harada ? Nə zaman" intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilmişdir.
Tədbirin açılış mərasimində Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Oqtay Ağayev çıxış edərək iştirakçıları salamlamış və tədbir barədə məlumat verərək bu layihənin gənclərimizin daha yüksək səviyyədə yetişməsinə xidmət edəcəyinə, şagirdlərin əldə edə biləcəkləri nailiyyət onlarda elmi motivasiya hissini gücləndirəcəyinə və gələcək uğurlara istiqamətləndirəcəyinə əminliyini bidirdi.
Yarışda 16 komanda iştirak edib. 6 nəfərdən ibarət komandalar 4 turdan ibarət birinciliyin qalibi olmaq uğrunda mübarizə aparıblar. Komandalar sualları yazılı qaydada cavablandırdıqdan sonra qaliblər müəyyənləşdirilib . Beləliklə Yarışın yekununa əsasən S. Rzayev adına Böyük Kolatan kənd tam orta məktəbin komandası I yerə, F.Xancanov adına Musaküçə kənd tam orta məktəbin komandası II yerə, Masallı şəhər 3 saylı tam orta məktəbin komandası III yerə layiq görülmüşdür. Fəallığına görə isə Təzə Alvadı 2 saylı tam orta məktəbin komandası diplomla təltif, rayon birinciliyində qalib gəlmiş bütün komanda üzvləri Masallı Rayon Gənclər və İdman idarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
Əlihüseyn ŞÜKÜROV
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi



























.jpg)


















.jpg)

