Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" kitabı Kiyevdə Ukrayna dilində nəşr edilib.
AzərTAc-ın verdiyi məlumata görö, Azərbaycanın Kiyevdəki səfirliyinin əməkdaşı İnna Sosnovçikin Ukrayna dilinə tərcümə etdiyi kitab "Dmitri Buraqo" nəşriyyat evi tərəfindən nəfis şəkildə çap olunub.
Səfirliyin ölkənin əsas kitabxanalarına, ali məktəblərinə, elmi, siyasi tədqiqat mərkəzlərinə göndərdiyi bu əsər böyük marağa səbəb olub.
Kitabın Ukrayna Prezidenti yanında Milli Dövlət İdarəçilik Akademiyasında təqdimatı keçiriləcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət idarəçilik Akademiyası və Ukrayna Prezidenti yanında Milli Dövlət İdarəçilik Akademiyasının Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar keçirəcəyi beynəlxalq "dəyirmi masa"da rəsmi şəxslərin, tarixçilərin, siyasətşünasların, diplomatların iştirakı ilə kitabın müzakirəsi olacaq.
Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli bildirib ki, erməni məsələsi və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı indiyədək Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yüzlərlə elmi-tədqiqat əsəri, kitab və məqalələr dərc edilib. Lakin "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" əsərində ermənilərin uydurma tarixi köklərə və ərazilərə istinad etməklə, işğalçılıq iddialarına və hərəkətlərinə haqq qazandırmaq cəhdləri ilk dəfə yüksək elmi dəlillərlə ifşa edilib.
Mediainfo.az
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi



























.jpg)


















.jpg)

