Mətbuatda hamını "naqdaun"a salan bir xəbər işıqlandırıldı. "Şot"u özümüz açdıq özümüzə. 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9... Hə, elə 9! Özüdür ki var...
9 yaşlı uşaq özünü asaraq ölmüşdü... Hamı xəbərin son sözlərini oxuyarkən bir sualla xəbərə müraciət edirdilər: "Axı niyə?" 9 yaşlı bu körpənin nə günahı vardı ? Qumardamı uduzub? Kiməsə külli miqdarda pulmu "atıb"? Yoxsa kiminsə qızına "yan gözlə" baxıb? Niyə intihar edib? Hamı başladı günahı valideynlərdə axtarmağa... "Ana-atası pis olub, ona görə". Onda gərək hər təzyiqə məruz qalan uşaq özünü asa. İnandırıcı deyil, qardaş...
Məktəb günahkardır?! Məktəb çox günahkardır. Amma bu günahlara görə asılmaq lazım gəlsə, kütləvi özünü asma hadisəsi baş verər... Bu yolları biz də keçmişik, qardaş. Özümüzü asmamışıq. Heç "ağlımızın ucundan da keçməyib". Əksinə, həyatda yaşamaq üçün əzmkar olmağı öyrənmişik!
Oturdum bir az fikirləşdim... Bilmirəm bəlkə də düz fikirləşmirəm... Olmaya bütün günü bar-bar bağırıb, "filankəslər özünü asdı", - deyən mətbuat günahkardır? Bəlkə uşaq bir az çətinliyə düşən kimi oturub fikirləşib ki, hamı belə canını qurtarır, mən də elə edim?
KRİMİNAL XƏBƏRLƏRİ +18 etmək lazımdır! Bəlkə bununla gələcək nəsillərin vaxtsız ölümünün bir az olsa qarşısını almış olarıq!
TƏRANƏ ANKA
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi



























.jpg)


















.jpg)

