İnternetdə ekstremist çıxışlar edən müsəlmanlar Avropadan qovulmağa başlanıb. Belə çıxışlardan bir neçəsini də Əbu Həmzə adı altında 24 yaşlı mərakeşli bir gənc etmişdi. O, dindaşlarını Fransada terrora səsləmişdi. Səbəbini də yazırdı. Yazırdı ki, belədə fransız əsgərləri bir sıra islam ölkələrinə soxularaq qırğınlar törətməkdən çəkinərlər. Elə buna görə də 2009-cu ildən evli olduğu fransalı xanımından ayırıb, onu Mərakeşə göndərdilər ki, get orada nə istəyirsən yaz. Orasını da deyək ki, həmin gənc adam son bir ildə eyni əmələ görə Fransadan çıxarılan 12-ci müsəlmandır. Artıq Almaniyanın daxili işlər naziri də xəbərdarlıq edib ki, radikal islamçılar oradan da qovulacaqlar. Qovulacaqlar... yaxşı qovulsunlar. Amma onlar gedib öz ölkələrində buna bənzər hərəkət etdikləri təqdirdə cəzalandırılsalar, görəsən, qərbdəki bəzi çevrələrin reaksiyası necə olacaq? Başlamayacaqlar ki, ay nə bilim filan ölkədə söz azadlığı boğulur, insan haqları pozulur və sair və ilaxır? Ritorik sualdır, deyilmi...
Sahib Alıyev
O.M.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































