"Azərbaycanlıların ölkələri ilə qürur duyacaqları çoxlu məqamlar var", Bu ifadə ilə başlayan məqalə və reportajın müəllifi "Wall Street Journal"ın ən müvəffəqiyyətli kapital analitiklərindən və investisiya menecerlərindən biri, "Financial Times" qəzetinin "investisiya aləmi və mülkiyyətin idarə olunması üzrə güclü və nüfuzlu ekspert", "maliyyə investisiyalarının qadın mərkəzi" adlandırdığı Hilari Kreymerdir. Onun yazıları mütəmadi qaydada "Wall Street Journal", "New York Post", "Bloomberg", "Reuters" səhifələrində dərc olunur. Azərbaycan Amerika Alyansının təsisçisi Anar Məmmədovun təşəbbüsü və təşkilatçılığı ilə xanım Kreymer və Forbes.com saytının bir qrup əməkdaşının Bakıya səfəri nəticəsində ərsəyə gələn məqalə və video-reportaj bu günlərdə saytın əsas səhifəsinə yerləşdirilib.
Azərbaycanın regionun ən nüfuzlu ölkəsi və dünyanın iqtisadi xəritəsinin strateji nöqtəsi kimi dəyərləndirildiyi məqalədə ölkədə aparılan yenidənqurma işləri, tikinti prosesləri, mədəni layihələr təhlil olunub. Bakının getdikcə dünyanın qabaqcıl ölkələri ilə ayaqlaşması, hətta bir çox hallarda daha da irəliləməsi xüsusi qeyd olunub: "Bu möhkəm əsaslı, geniş infrastruktur, texnoloji inkişaf və yeniliklər son dörd ildə Prezident İlham Əliyevin neft kapitalını böyük məharətlə insan kapitalına çevirə bilməsi sayəsində mümkün olub. Ölkənin böyük neft ehtiyatlarından əldə etdiyi gəlir digər enerji resurslarının araşdırılıb inkişaf etdirilməsinə və hər sektorda ən yaxşı texnologiyaların tətbiq olunmasına yönəldilir".
Müəllif həm də Azərbaycanın investisiya yatırımı baxımından münbit ölkə olduğunu da geniş təsvir edir: "Azərbaycanlıların ölkə xaricində qürur duyacaqları məqamlar da çoxdur. İlk olaraq, BMT Təhlükəsizlik Şurasında Azərbaycan da yer tutur.
Bundan başqa, Azərbaycan Forbes siyahısında investorların hüquqlarının müdafiə olunduğu ölkə kimi 24-cü və iqtisadiyyatının inkişaf etməkdə olduğu bir çox digər ölkələrə xas olan qarmaqarışıqlığın qarşısını ala bilmək imkanlarına görə 15-ci yer tutur.
Ümumiyyətlə, Azərbaycan Forbes-un "İş üçün ən yaxşı ölkələr" 141 yerlik siyahısında 73-cüdür. Bu siyahıda Azərbaycan Braziliya, Çin (96), Hindistan (97) və Rusiyanı (105) geridə qoyur."
Qeyd edək ki, Azərbaycan Amerika Alyansının təsisçisi Anar Məmmədovun təşəbbüsü ilə Forbes.com saytında Azərbaycan haqqında dərc olunan məqalə və video-reportaj silsilə səciyyəlidir. Silsiləyə daxil olan ilk yazı və video ilə tanış olmaq üçün aşağıdakı linkə keçə bilərsiniz.
http://www.forbes.com/sites/hilarykramer/2013/05/03/tradition-meets-innovation-on-the-silk-road/
O.M.
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































