Quba haqqında növbəti məlumat
Quba ətrafında gedən söz-söhbətlər hələ də səngimək bilmir. Yenə də bu günlərdə Quba ilə bağlı yayılan xəbərlər mətbuatda bir bomba partlatdı. Doğrusu, budəfəki söz-söhbətin mövzusu hamıda olduğu kimi bizdə də təbəssüm yaratdı. Belə ki, bu dəfə TİA.az saytı növbəti xəbəri ilə oxucuları öz maraq dairəsinə toplamışdı. Məsələyə aydınlıq gətirməzdən öncə TİA.az-ın yaydığı xəbəri sizlərə təqdim edirik: "Quba rayonunda vəziyyət yenidən gərginləşməyə başlayıb. Buna səbəb isə rayon əhalisinin mütəmadi olaraq sutkalarla qaranlıqda qalmalarıdır. TİA.az-a verilən məlumata görə, artıq son bir sutkadır ki, Qubanın bütün kəndləri işıqsız qalıb. Rayon camaatı isə icra başçısı Mübariz Ağayevin yarıtmaz fəaliyyətindən şikayətçi düşərək, kinayə ilə elektrik enerjisinin verilməsində yaranmış fasiləni "Qiyamət Gününə hazırlıq" kimi qiymətləndirirlər. Onlar bildirirlər ki, icra başçısı rayonda baş verənlərlə maraqlanmadığı üçün durum indiki hala gəlib. Onlar təcili tədbirlərin görülməsini tələb edirlər. Bu əsnada o da məlum olub ki, rayonun icra başçısı Mübariz Ağayevin Qubadan xəbərsiz olmasının səbəbi varmış. Rayon sakinlərinin TİA.az-a verdiyi məlumata görə, icra başçısı son bir həftədir Qubanın ən ucqar kəndlərində dincəlmək və ov etmək üçün yerləşib. Məlumatda bildirilir ki, ov həvəskarı olan Mübariz Ağayev əvvəllər də bu addımları atıb. Mənbələr onun hələ Mingəçevirin icra başçısı olan zamanlarda da Qubaya gələrək, qışda ova çıxmasını bildirirlər".
Tutarsız iddia
Göründüyü kimi, bu dəfə rayon rəhbərliyinin adı elektrik problemində hallandırılır. Maraqlısı da odur ki, guya rayon ərazisində sutkalarla işıq olmur və sakinlər qaranlıqda oturmalı olurlar. Hətta guya sakinlərin bildirdiyinə görə, məsələdən icra başçısı cənab Mübariz Ağayevin belə xəbəri var və Mübariz müəllim bu məsələyə aydınlıq gətirməsin deyə KİV nümayəndələrindən yayınır. Qubaya tez-tez səfər etdiyim üçün məsələnin həqiqət olmadığını bilirdim. Bununla belə, yeni iddiaları araşdırmaq üçün həmin rayona yollandıq.
Bizim araşdırma
Məsələ ilə bağlı Quba rayonunun İcra Hakimiyyətində olduq. Oradan verilən məlumata görə, deyilənlər və yazılanlar həqiqətə uyğun deyil. Bəli, rayonda işıq olmayıb, bu isə təbii haldır. Qış aylarında elektrik enerjisində yaranan problemlər adi bir hal kimi qiymətləndirilir. Bütün bunları bizimlə söhbətində İcra Hakimiyyətinin birinci müavini Yusif Abidov bildirdi. Daha sonra rayon mərkəzinə və bir sıra kəndlərə səfər etdik. Rayonda elektrik təchizatı ilə bağlı heç bir problemin olmadığını gördük. Məsələ ilə bağlı araşdırmamız davam edir.
Sevinc Təbrizli
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































