Şamaxı və ətraf rayonlarda qar və şaxtalı hava səbəbindən avtomobil yollarını buz bağlayıb.
Mediainfo.az-ın Report-a istinadən verdiyi məlumata görə,iki gündür yağan qar yolda hərəkəti çətinləşdirib.
Şəhər daxili yollarla yanaşı magistral yollar da buz bağlayıb, bəzi nöqtələrdə avtomobillərin hərkətində məhdudiyyətlər yaranıb.
Muğanlı-İsmayıllı yolunun 15-17 kilometrliyində yolun hərkət hissəsində də nəqliyyat vasitələrinin hərəkətində problemlər yaranıb. Əsasən səhər saatlarında yolda sürüşgənlik müşahidə olunub.
Bundan başqa Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Cəngi yaşayış masivi yaxınlığında nəqliyyat vasitələrinin hərkəti çətinləşib.
Yolda intensiv hərəkəti təmin etmək üçün İsmayıllı və Qobustan rayon yol idarəsinin texnikları əraziyə cəlb olunub. Yollardan buzun təmizlənməsi üçün sözü gedən ərazilərə qum-duz qarşığı səpilib.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































