Bakıda avtobusda sürücü hoqqabazlığı - VİDEO

Bakıda avtobusda sürücü hoqqabazlığı - VİDEO

İçərisi sərnişinlə dolu olan avtobusda sürücü yüksək səslə musiqiyə qulaq asır.

Sərnişinlər bunu sürücüyə irad tutsalar da, o musiqinin səsini almır və yoluna davam edir

Milli.Az bildirir ki, görüntülər bu gün səhər saatlarında metronun 28 may stansiyasından lökbatana sərnişin daşıyan 125 saylı avtobusda çəkilib. Sözügedən avtobusun sərnişini olan Bayram Həmidli həmin anları lentə alıb.

Məsələ ilə bağlı avtobusun məxsus olduğu ''Bakubus'' Məhdud Məsuliyyətli Cəmiyyətlə əlaqə saxladıq. bildirildi ki, həmin görüntülərlə bağlı sabah şirkət araşdırma aparacaq və lazımı tədbirlər görüləcək

Bakı Nəqliyyat agentliyindən isə bildirildi ki, məsələ agentlik tərəfindən araşdırılacaq.

Qeyd edək ki, sözügedən faktla bağlı inzibati xətalar məcəlləsində cərimə sanksiyası nəzərdə tutulub. Belə ki, İnzibati Xətalar Məcəlləsinə görə, ictimai nəqliyyatda zəruriət olmadan audio avadanlıqlardan istifadə edən şəxslər 40-50 manat məbləğində cərimə edilməlidir. xezerxeber

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az