Qazaxıstana qara rəngli qar yağdı

Qazaxıstana qara rəngli qar yağdı

Qazaxıstanın paytaxtı Astana şəhərinə qara rəngli qar yağıb.

"Ölkə.Az" xəbər verir ki, şiddətli qar fırtınası səbəbindən Qazaxıstanda fövqəladə vəziyyət elan edilib.

Temirtauda yağan qara qar insanların çaşqınlığına səbəb olub. Sakinlər hökumətdən hadisənin araşdırılmasını tələb edirlər. Sosial şəbəkə istifadəçiləri "Burada boğuluruq, belə yaşaya bilmirik"-deyə statuslar yazıblar.

Ölkənin ən böyük polad və dəmir istehsal sənayeləri yerləşən Temirtauda hava həddən artıq çirklənib. Ehtimal edilir ki, qara rəngli qar yağışının səbəbi havanın çirklənməsidir.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az