Lənkəranda mikroavtobus aşıb, 10 yaralı

Lənkəranda mikroavtobus aşıb, 10 yaralı

Bakı-Lənkəran sərnişin mikroavtobusu qəzaya düşüb.

"Report"un yerli bürosunun məlumatına görə, Lənkəran-Bakı reysi üzrə hərəkət edən, 85 CA 442 dövlət qeydiyyat nömrə nişanlı sərnişin mikroavtobusu rayonun Ürgə kəndi ərazisində 44 BO 008 dövlət qeydiyyat nömrə nişanlı "KİA" markalı avtomobillə toqquşub. Zərbənin gücündən sərnişin mikroavtobusu yolun kənarına aşıb.

Mikroavtobusun qəzaya düşməsi nəticəsində xəsarət alan 10 nəfər sərnişindən 9 nəfərin adı məlum olub.

Hadisə nəticəsində Lənkəran rayonunun Bəliton kənd sakini, 1960-cı il təvəllüdlü Bəsdiqız Abbasova və onun oğlu, 1993-cü il təvəllüdlü Rəşid Abbasov, Lənkəran şəhər sakini, 1956-cı il təvəllüdlü Adıgözəl Rzayev və onun həyat yoldaşı, 1959-cu il təvəllüdlü Şahnaz Rzayeva, Lənkəran rayonunun Yuxarı Nüvədi kənd sakini, 1975-ci il təvəllüdlü İlhamə Hüseynova, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Samirə Rzayeva, Lənkəran rayonunun Vilvan kənd sakini, 2000-ci il təvəllüdlü Əli Həsənov, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Rəşad Rzayev, 1951-ci il təvəllüdlü Namiq Qarayev ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, "KİA" markalı avtomobilin sürücüsü qadın olub və hadisə yerindən qaçıb.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az