Goranboyda tapılan çeçen qadınla bağlı rəsmi araşdırma nəticə vermir

Goranboyda tapılan çeçen qadınla bağlı rəsmi araşdırma nəticə vermir

Yeni il bayramı ərəfəsində Goranboy rayonunda tapılan, milliyətcə çeçen olduğunu deyən ağbirçək qadının kimliyi və harada qeydiyyatda olması hələ də tam müəyyənləşməyib. 104 yaşında olduğu iddia edilən qadın özünü Mədinə Əliyeva kimi təqdim etsə də, Dağıstan və Çeçenistanda bu ad və soyadlı adamın qeydiyyatda olmadığı söylənilib. Eyni zamanda, Azərbaycanın Daxili İşlər Nazirliyi Dövlət Sərhəd Xidməti ilə birgə araşdırma aparıb, həmin şəxsin ölkəyə giriş-çıxışının olmadığı da üzə çıxıb.

Mədinə Əliyevanın hazırda saxlanıldığı Bakıdakı "Tereza ana" sosial sığınacağından bildiriblər ki, qadının ümumi vəziyyəti normaldır.

"Qadınla mütəmadi olaraq söhbət edirik. Çeçenistan vətəndaşı olduğunu və ora qayıtmaq istədiyini deyir. Hazırda Azərbaycan Daxili İşlər Nazirliyi, Dağıstan Daxili İşlər Nazirliyi Mədinə Əliyeva ilə bağlı araşdırmalar aparır. Mədinə Əliyevanın Çeçenistan vətəndaşı olması ətrafında dəqiqləşdirmələr aparılır. Hələ ki, yekun nəticə hasil olmayıb".(modern.az)

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az